Ramazan Pidəsi




Ərzaqlar:
(1 ədəd böyük pidə üçün)

6 st. un
1 st. ilıq süd
1 st. ilıq su
1/3 st. duru yağ
1 paket maya (10 qramliq tez maya)
1 x.q şəkər tozu
1.5 ç.q duz
1 ədəd yumurtanın ağı
Üzü üçün
1 ədəd yumurtanın sarısı
1 ç.q çörək otu

Hazırlanması

Əvvəlcə dərin bir qab götürüb ilıq suyu, şəkər tozunu və quru mayanı həll oylunanadək qarışdırırıq.

Sonra üstünə ilıq südü, duru yağı, duzu və yumurtanın ağını töküb qarışdırırıq.

Üstünə unu az -az əlavə edərək qarışdırır və yumşaq xəmir edirik .


Xəmirin üstünü salafanla örtüb otaq temperaturunda 45 dəqiqə gözlədirik.
Xəmir özünə gəldikdən sonra kündə edirik, soba qabına kağız qoyub üstündə kündəni 2 sm qalınlığında yayırıq.



Üzerinə salafan çəkib 15 dəqiqə gözlədirik sonra üstünə əlimizlə naxış salıb üstünə yumurtanın sarısını çəkirik.






Sonra çörək otunu səpirik.


190-200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişiririk.


(qeyd : kündəni 2 hissəyə bölüb eyni qayda ilə 2 kiçik pide də bişirə bilərsiniz)
Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (03 mart 2016 21:52)
Salam. Paketdə olan maya xəmiri tez acıdır. Ancaq adi maya gec acıdır. Evdə paket maya yoxdursa bir çay qaşığı o biri mayadan istifadə etməklə hazırlaya bilərsiniz. Nuş olsun.
Nigar (01 fevral 2016 09:56)
Xahiş edirem mene deyerdiz ki,tez maya evezine droj vurmaq olar xemire.Eger olarsa texminen ne qeder?
sumqayit (23 iyun 2015 15:43)
AMİN
Lady (20 iyun 2015 15:55)
Çooooox gözel pide alındı,təşəkkür edirəm
Lady (20 iyun 2015 15:54)
Amin ALLAH hamının orucun qəbul etsin
Reseptaz (20 iyun 2015 15:00)
Amin. Təşəkkür edirəm.
jale (18 iyun 2015 11:54)
Chox gozell gorunur ellerinize sagliq. Butun oruc tutanlarin orucunu Allah qebul etsin

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.