Qozlu kəsmikli piroq



Ərzaqlar:


Xəmir üçün:

200 q xama

100 q kərə yağı

1 ədəd yumurta

1 st şəkər tozu

1 paket vanil

1 paket qabartma tozu

3 st un

İçlik üçün:

500 q kəsmik

1/2 st şəkər tozu

1 ədəd yumurta

Üstü üçün:

1/2 st şəkər tozu

1/2 st qoz ləpəsi

1/3 st un

50 q kərə yağı

Hazırlanması:

İçlik üçün dərin birqabda kəsmik, yumurta və şəkər tozunu mikserlə tam qarışanadək çalırıq. Hazır içliyi soyuducuya qoyuruq.

Üstü üçün ovxantını hazırlamaq üçün reseptdə göstərilən ərzaqları bir qaba töküb əlimizlə qarışdırırıq.

Xəmiri hazırlamaq üçün yağ, şəkər tozu və vanili mikserlə çalırıq.

Üstünə xamanı və yumurtanı əlavə edib çalırıq.

Sonra unu və qabartma tozunu əlavə edib qarışdırırıq.

Diametri 28 sm qab götürüb əvvəlcə yağlayırıq.

Sonra xəmiri qaba qoyub yayırıq. Qabın yanlarına doğru 2 sm kimi kənarlarını qaldırırıq.

Sonra içliyi tökürük.

Üstü üçün olan ovxantını içliyin üstünə səpirik.

180-190 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq. Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

OXŞAR YAZILAR
.Kakaolu biskvit 2
Ərzaqlar: 5 ədəd yumurta 1 st başından 2 x.q az un 2 x.q kakao 1 st şəkər tozu 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması: Yumurtanın a
.Portağallı çızkek
Ərzaqlar: 150 q qurabiyə 100 q kərə yağı İçlik üçün: 400 q labinə pendir 3 ədəd yumurta 1 paket qaymaq ½ st şəkər tozu 1x.q un 1x.q nişasta
.Qozlu qurabiyə 2
Ərzaqlar: 200 q yumşaq kərə yağı 1 st qoz ləpəsi 2-3 ədəd yumurta 1 st pudra şəkər 1 paket qabartma tozu 1 paket vanil Un aparanadək Haz
.Kəsmikli piroq 2
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı ½ st şəkər tozu 2 ədəd yumurta sarısı 2 st un 1 paket qabartma tozu 1 paket vanil İçlik üçün: 600
.Şokolad kremli banan pirojnası
Ərzaqlar: 4 x.q nutella 200 q xama 200 q karə yağı 1 paket qabartma tozu 50q qoz ləpəsi Un aparanadək Hazırlanması: Qoz ləpəsini doğrayıb
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (11 yanvar 2016 10:15)
Cox sag olun Nusabe xanim, Allah hamimizdan razi olsun.
Kemale xanim, beli kesmik shordu
Nüşabə (11 yanvar 2016 00:31)
Nüşabə (11 yanvar 2016 00:30)
Hər şey üçün-reseptlər,şəkillər və ümumiyyətlə bu sayt üçün çox təşəkkür edirəm.Allah razı olsun,artıq neçə ildir ki,burdan həm öyrənirəm,həm də öyrəndikcə,özüm də bəzi "miks"lər
kemale (17 oktyabr 2015 16:19)
kesmik wordu?
kemale (17 oktyabr 2015 16:18)
cox dadli gorunur
ulviyye (17 oktyabr 2015 16:17)
eladi
gulnar (17 may 2015 17:24)
Salam xama evezine qatiq tokmek olar
Reseptaz (20 aprel 2015 14:13)
Salam, 1/2 stekanin yarisi, 1/3 ise ucde biridir
Lady (20 aprel 2015 12:49)
Salam 1\2,2\3 bu nə qədər demekdi?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.