Qovurmalı əriştə plovu



Ərzaqlar:



500 q xırda doğranmış quzu əti
100-150 q quyruq
2 ədəd yuxanın əriştəsi
3 st düyü
4 ədəd baş soğan
4 x.q əridilmiş kərə yağı
Duz
İstiot
½ ç.q sarıkök

Qazmaq üçün:
3 x.q qatıq
1 ədəd yumurta

Hazırlanması:

Düyünü təmizləyib yuyub duzlu suya qoyuruq.
Əriştəni qovururuq.



Soğanı soyduqdan sonra yuyub doğrayırıq.



Yuyulmuş xırda doğranmış quyruğu tavada qızmış yağın içinə töküb qovururuq.



Bir az qovurduqdan sonra doğranmış əti əlavə edib yenə qovururuq.



Zövqə görə istəsəniz 1 x.q əridilmiş kərə yağı əlavə edə bilərsiniz. Bir az qovurduqdan sonra doğranmış soğanı əlavə edib yenə qovururuq.
Ət bişənədək vam odda bişiririk. Az sarıkök əlavə edirik. Zövqə görə duz və istiotunu əlavə edirik.



Düyünü adi qaydada duzlu suda bişiririk. Bişməsinə az qalmış əriştəni də əlavə edib qarışdırıb süzürük.



Qazana az yağ töküb qızdırırıq.
Sonra süzülmüş düyüdən 3-4 qaşıq töküb qarışdırıb qazanın dibinə yayırıq.



Qalan düyünü də töküb üstünə yağ töküb plovu dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq.



Düyünü qaba yığıb üstünə ət qovurmanı töküb qazmaq ilə bəzəyirik. Qaynar əridilmiş yağ töküb süfrəyə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.