Qiyməli poğaça 2



Ərzaqlar:



125 q kərə yağı
1/2 st duru yağ
1/2 st qatıq
2 ədəd yumurta(1 ədəd yumurtanın sarısı üzünə)
1 ç.q duz (dolu yox)
1 paket qabartma tozu
3,5 st un
İçi üçün:
200-250 q bişmiş qıymə(ət, soğan, duz, istiot və yağ ilə bişirilmiş)
Üzü üçün:
1 ədəd yumurtanın sarısı

Hazırlanması:
Dərin qab götürüb yumşaq kərə yağını, yumurtanı, duru yağı, qatığı, vanili, duzu və qabartma tozunu töküb qarışdırırıq.



Sonra undan az-az töküb qarışdırıb əlimiz ilə yumşaq xəmir düzəldirik.



Xəmirdən 24 kündə düzəldirik.



Kündənin birini götürüb yayıb şəkildəki kimi içlikdən qoyub bükürük.




Çəngəl ilə yanını naxışlayırıq.



Bu şəkildə hamısını hazırlayırıq.
Soba qabına kağız sərib yığırıq.



Üzünə yumurta sarısını çəkirik.



210-220 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Boxça blinçik - toyuq əti və yumarta ilə.
Ərzaqlar: 300 q toyuğun döş əti 2 ədəd yumurta 2 baş soğan 3 x.q yağ Duz İstiot Zövqə görə balaca dəstə şüyüd ya da cəfəri Bağlamaq üçün göy s
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Kartoflu gül börək 2
Ərzaqlar: 4 ədəd hazır börək yuxası 4-5 ədəd kartof 2 ədəd baş soğan 1/2 st duru yağ(qarğıdalı ya zeytun) 1 st süd 1 x.q əridilmiş kərə yağı 1
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Ləman (05 oktyabr 2016 14:05)
İmam bayildi reseptini bilirsizsə yazin xahs edirem
sirbala (28 avqust 2016 21:09)
yetersinqiz
Rahilə (07 avqust 2016 06:12)
Xəmiri gözləmək lazım deyil?Xahiş edirəm yazın.
Reseptaz (15 iyul 2016 00:37)
salam. Beli mənim burada yazdığım bütün reseptlər özüm hazırladıqdan sonra paylaşdığım reseptlərdir. xəmiri sabah istifadə edin heyif olmasın.
ulker (15 iyul 2016 00:21)
bir de uzr istiyirem xemiri soyuduya qoysam 1 gunluk xarab olmaz ki cunki bu iclikle ede bilmedim dagildi buke bilmedim,insallah basqa iclik elemek istiyirem
ulker (15 iyul 2016 00:14)
salam hormetli resept.az,mumkunse deyerdiz siz bu reseptde olan qeder un istifade etmisiz?yeni 3.5 st?men biraz da artiq eledim ama xemir cox yagli alindi her seyi qederinde elemisem,ama iclik ferqli eledim evde kolbasa var idi xarab olmasin deye iclik eledim xirda-xirda dograyib ama icine qoyub bukende ustu dagildi yeni acildi,goresen neden ola biler?yeni kolabasali iclik olmaz bu pogacaya?
Reseptaz (10 iyun 2016 17:40)
Nuş olsun.
seadet (10 iyun 2016 12:53)
super resept.diger reseptlerinizle pogaca bishirmisem.bunu da bisirecem InsaAllah

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.