Qiyməli əriştə plov



Ərzaqlar:



2 st düyü

1 st xırda vermişel(tel şəhriyyə)

250-300 q hazır bişmiş qiymə(soğan, duz və istiot vurulub yağda bişmiş)

3-4 x.q əridilmiş kərə yağı

Duz

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q qatıq


Hazırlanması:

Xırda vermeşeli tavada qovururuq.



Düyünün yuyub duzlu suda bişirməyə tökürük.

Düyü az bişdikdən sonra qovrulmuş vermeşeli düyünün üstünə əlavə edib qarışdırırıq.



Hər ikisi bişdikdə aşsüzəndə süzürük. (Düyü çox bişməsin).

Qazanda az yağı qaynar istidib süzülmüş düyü ilə vermişeldən töküb yumurta ilə qatığı çalıb töküb qarışdırırıq. Qarışığı qazanın dibizə 1 st qalınlıqda yayırıq.



Sonra qalan süzülmüş düyünü qazmağın üstünə tökün yağ əlavə edib plovu vam odda dəm almağa qoyuruq.

Plovumuz 1 saata dəm alacaq.



Hazır plovu qaba yığıb üstünə qaynar yağ töküb isti qiyməni töküb qazmaq ilə bəzəyirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (01 yanvar 2015 14:33)
Çox sağ olun. Sizinlə birgə.
Ilahe (01 yanvar 2015 14:05)
Cox sag olun,qarwiliqlidir,Inwallah hemiwe sesiniz gelsin.Amin !!!
Reseptaz (30 dekabr 2014 21:18)
Çox sağ olun. Biz də sizləri təbrik edirik. dünyanın ən gözəl nemətləri sizlərlə olsun.
Ilahe (30 dekabr 2014 19:09)
Harada həyat varsa, orada ümid də vardır. Yeni ildə bütün ümidlər və müvəffəqiyyətlər sizinle olsun. Yeni iliniz Mubarək!!!
Reseptaz (29 dekabr 2014 23:43)
Pis olmaz. Sadəcə dadı fərqli olacaq. Nuş olsun.
mah (23 dekabr 2014 12:10)
salam!size KUDRYAJ tortu haqqinda sual vermek isterdim.Bu torta qatilasdirilmis sudden hazirlanan krem evezine qaymaqli kremden istifade etmek olarmi?dadi pis olmaz ki?
Reseptaz (22 dekabr 2014 23:06)
Çox sağ olun. Nuş olsun.
mah (19 dekabr 2014 23:15)
ellerinize sagliq.Cox geseng gorsenir eminem dadi da gorunusu geder vardir.Men de vermesilli plov edirem amma ustune zeferanda marine edilmis toyuqla onun da dadi yaxsi olur

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.