Qatıqlı bulğur (yarma) şorbası



Ərzaqlar:



1 st bulğur
1 ədəd yumurta
1 x.q un
2 st qatıq
9 st su
Duz
2 x.q əridilmiş kərə yağı
1 x.q nanə qurusu

Hazırlanması:

Bulğuru yuyub üstünə 3 st su töküb hazır olanadək bişiririk.
Suyu çəkildikdə 5 st suyu əlavə edirik.



Qatıq, un, yumurta və 1 st suyu çalırıq.





Bulğur bişdikdə çalınmış qatıqdan 2 çömçə alıb qatığın içinə töküb qarışdırırıq.
Sonra onu da töküb qarışdırıb qaynamağa qoyuruq.



Yağı qızdırıb nanəni əlavə edirik 2-3 dəqiqə qarışdırıb yeməyə əlavə edirik.





Zövqə görə duzunu töküb yeməyi ocaqdan alırıq.
İsti-isti qablara yığıb süfrəyə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Yerkökü şorbası
Ərzaqlar: 5 ədəd kök 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q. əridilmiş kərə yağı. Duz İstiot 8 st su ya da suyun yarısı ət ya da toyuq suyu H
.Kiçik küftələrlə noxudlu şorba
Ərzaqlar: 1 st bişmiş noxud 3 x.q yumru düyü 2 st qatıq 2 x.q un 6 st su Küftə üçün: 250 q çəkilmiş ət 1 baş soğan Duz İstiot 1 x.q nanə
.Qaymaqlı brokoli şorbası
Ərzaqlar: 500 q brokoli 1 ədəd kök 1 ədəd kartof 1 ədəd baş soğan 1 paket krem qaymaq 2 x.q un 2 x.q əridilmiş kərə yağı Duz İstiot Su (ət y
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.