Qatılaşdırılmış süd ilə biskvitli rulet



Ərzaqlar:


Biskvit üçün:

4 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1 paket qabartma tozu
1/2 paket vanil

Krem üçün:

1/2 banka qatılaşdırılmış süd
100 q kərə yağı
1/2 paket vanil
Arası və üstü üçün qoz ləpəsi, şokalad, kakos və s. götürə bilərsiniz.

Hazırlanması:

Kremi hazırlamaq üçün baxın: Qatılaşdırılmış süd ilə maskarpon kremi
Yumurtanı ağını sarısından ayırıb bərkiyənədək çalırıq.

Az-az şəkər tozunu və vanili töküb yenə çalırıq.

Yumurta sarılarını töküb çalırıq.

Qabartma tozunu və unu qarışdırıb qarışığa əlavə edib qaşıqla qarışdırırıq.

Soba qabına kağız qoyub xəmiri töküb yayırıq.

180 dərəcə qızdırılmış sobada bişiririk.

Bişən kimi çıxarıb isti-isti kağızla bir burub qoyuruq soyuyur.

Tamam soyuduqdan sonra açıb arasına kremi çəkirik. Doğranmış qoz ləpəsi səpirik.

Yenidən bükürük. Baş hissələrini kəsirik.
Üstünə kremdən çəkib zövrə görə bəzəyirik.

Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
.Kəsmikli piroq 5
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 1/2 st şəkər tozu 3 st un 2 ədəd yumurta 2 x.q kakao 1 paket qabartma tozu 1 paket vanil İçlik üç
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Nergiz (31 oktyabr 2015 14:01)
Xais edirem tez cavab yazin biwirmek istiyirem
Nergiz (31 oktyabr 2015 14:00)
Salam. Bu biskviti biwirib icine cem surtmek olar? Kremle yox cemli rulet olsun
kama (14 oktyabr 2015 16:30)
beyendik cox gozel idi hazirladimco gozel alindi
Reseptaz (27 iyul 2015 13:24)
nus olsun
ulviyye (25 iyul 2015 21:27)
men bunu cox hazirlamiwam hamsinda da cox dadli cixib
Nergiz (23 iyul 2015 19:54)
Salam men indi biwirdim biskvit alinmadi quru oldu. Neden ola biler?
asia (13 iyul 2015 22:30)
Ela
cemile (10 iyul 2015 11:40)
mende hazirladim cox gozel alindi.Tesekkurler resepte gore.
sumqayit (21 iyun 2015 15:59)
SALAM COX SAG OLUN CURUYER DUZU BİLMİRDİM CUNKİ TEZEYEM HƏLƏ ONA GOREDE BİLMİREM
Reseptaz (20 iyun 2015 14:55)
Salam. Kremi soyuduqdan sonra çəkirik. Niyə çürüsün ki. Nuş olsun.
sumqayit (20 iyun 2015 00:25)
Bes soyuduqdan sora nece olar yeni isti isti krem surtmursenmi?
ayten (13 iyun 2015 16:55)
Suppa✴✴✴
gunka (18 may 2015 11:21)
basqa rulet kokeleri vere bilersiz?
ayan (16 may 2015 19:23)
aladi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.