Qarğıdalılı vineqret salatı




Ərzaqlar:


1 ədəd qırmızı çuğundur
2 ədəd kartof
2 ədəd kök
1 balaca baş qırmızı soğan
1 balaca dəstə cəfəri
1 ədəd balaca banka qarğıdalı
5 x.q zeytun yağı
Duz

Hazırlanması:

Çuğunduru, kökü və kartofu suda bişirib soyuduqdan sonra qabığını soyuruq.
Çuğunduru balaca kub şəkildə doğrayırıq.

Kartofu balaca kub şəkildə doğrayırıq.

Kokü kub şəklinda balaca doğrayırıq.

Soğanı təmizləyib, yuyub, dörd bölüb, nazik doğrayırıq.

Doğradığımız ərzaqları və qarğıdalını yuyub dərin bir qaba tökürük. Cəfərini də yuyub, xırda doğrayırıq.

Üstünə zövqə görə duzu və yağı əlavə edib qarışdırırıq.

Salatımız hazırdır.



Nuş olsun!


OXŞAR YAZILAR
.Asan Sezar salatı
(4 nəfərlik) Ərzaqlar: 500 q toyuğun döş əti 100 q pendir 2 ədəd kahı 1/2 (yarım) çörək 1 diş sarımsaq 3 x.q zeytun yağı Duz İstiot Sosu üç
.Ananaslı toyuq salatı 2
Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 100 q pendir 200 q toyuğun döş əti 50 q qoz ləpəsi 4-5 x.q mayonez Duz Balaca dəstə şüyüd 1 əd
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
leman (07 aprel 2016 15:44)
super alindi
Elnaw (21 yanvar 2016 21:04)
qargidali olmur axi vineqredde
jale (09 noyabr 2015 00:10)
Men bu salatdan yemiwem ama lobiya denesinen olani choxda dadli olur. Eyer o resepti bilirsinizse qoyardizda resepte
Gül (27 may 2015 11:03)
Vineqreti sevirəm, qarğıdalı yenilik oldu, bəyəndim. Hazırlayaram inşəAllah. Reseptə görə təşəkkür edirəm.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.