Qarağatlı keks -2



Ərzaqlar:


200 q xama
3/4 st şəkər tozu
2 ədəd yumurta
50 q kərə yağı
1,5 st un
1 paket qabartma tozu
1 paket vanil
250 q qarağat
1 x. un qarağatı qarışdırmaq üçün

Hazırlanması:

Yağ ilə şəkər tozunu tam qarışanadək çalırıq.

Yumurtanı əlavə edib tam qarışanadək çalırıq.

Xamanı əlavə edib tam qarışanadək çalırıq.

Vanili, qabartma tozunu və unu əlavə edib çalırıq.

Təmizlənib yuyulmuş qarağatı suyu süzüldükdən sonra üstünə 1 x.q un töküb qarışdırırıq.

Sonra qarağatı xəmrə əlavə edib qarışdırırıq.

Qablara tökürük.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

Tamam soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

OXŞAR YAZILAR
.Şokoladlı qozlu piroq
Ərzaqlar: Ovxantı üçün: 200 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 2,5 st un 50 q şokolad 50 q qoz ləpəsi Arası üçün: 100 q tünd şokolad 1 ba
.Almalı qozlu keks
Ərzaqlar: 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 ədəd yumurta 50 q qoz ləpəsi 2 ədəd alma 1 paket qabartma tozu 1 paket vanil ½ st buğda ni
.Ananaslı kiçik kekslər
(15 ədəd muffin üçün) Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 200 q yumşaq kərə yağı 1 st şəkər tozu 4 ədəd yumurta 1,5 st un 1 paket qab
.Kəsmikli kokoslu qurabiyə
Ərzaqlar: 200 q kəsmik 100 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 50 q kokos 1 ədəd yumurta 1 paket vanil 1 paket qabartma tozu 2 st un Yayma
.Nutellalı qurabiyə
Ərzaqlar: 200 q kərə yağı 1/3 (üçdə bir) st şəkər pudrası 1 ədəd yumurta 2,5 st un 1 paket qabartma tozu 1 paket vanil Nutella Xəmirin altına
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (16 mart 2016 21:57)
Salam. Kişmiş olar. Amma onda olur başqa keks. Qabartma əvəzinə soda istifadə edə bilərsiniz. Nuş olsun. Təşəkkür edirəm.
Gulnar2013 (16 mart 2016 16:11)
kabrartma evezne soda olar ve ne qeder
Gulnar2013 (16 mart 2016 16:06)
qaragatsiz olar,ve yaxudda evezne kismis toksek olar?
gunay (09 yanvar 2016 16:30)
cox dadlidir

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.