Qarabaşaqın insan orqanizmi üçün faydaları


Sizə "qreçka" adı ilə tanıdığımız qarabaşağın faydaları haqqında yazırıq.
Qarabaşaq dünyanın bir çox ölkəsində istifadə olunur. Genetik dəyişikliyə məruz qalmadığından ekoloji təmiz qida məhsulu sayılan qarabaşaq həm də özünəməxsus dadına görə fərqlənir. Dünyanın bir çox tanınmış müalicə müəssisələrində, sanatoriyalarında qarabaşaq qida rasionuna daxil edilir. Bu da səbəbsiz deyil. Mütəxəssislərin fikrincə, qarabaşaq insan orqanizmi üçün saysız-hesabsız faydaları var.

Qarabaşaq tərkibi fosfor, xlor, dəmir, kalsium, maqnezium, mis, kobalt, kükürd, yod, sink, nikel, ftor, natrium, titan, dəmir kimi mikroelementlərlə, A, E, PP, B qrup vitaminlərlə zəngindir. Hətta tərkibində böyük miqdarda zülal olduğundan qarabaşağı ətlə müqayisə etmək olar. Bu qiymətli məhsul insanda xoş əhval yaratmaqla yanaşı, yorğunluğu götürür, yuxusuzluğu aradan qaldırır.
Qarabaşağın tərkibi sellüloz ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xeyirlidir. Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür.

Bu dəyərli qida məhsulu qanda şəkərin miqdarını stabilləşdirir. Buna görə də diabet xəstələrinə qarabaşaqdan istifadə etmək faydalıdır. Həmçinin yüksək qan təzyiqindən şikayətlənənlər üçün də qarabaşaq olduqca xeyirlidir.
Qarabaşaq qaraciyərə də müsbət təsir göstərir, onun fəaliyyətini yaxşılaşdırır, eyni zamanda, böyrəklərin fəaliyyətinin normallaşmasına müsbət təsir göstərir.

Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün qarabaşaqdan düzəldilmiş qatı məhluldan (kisel) istifadə etmək faydalıdır. Bunun üçün bir xörək qaşığı qarabaşaq ununu 100 qram suya əlavə edib zəif odda iki dəqiqə qaynatmaq lazımdır. İki ay ərzində gündə iki dəfə olmaqla axşam və səhər hazırlanmış məhlul qəbul edilməlidir.

OXŞAR YAZILAR
.Meyvələr haqqında - bilmək faydalıdır.
* İlk növbədə bədənimizin başlıca düşməni olan xolestrol heç bir meyvədə yoxdur! * Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyərsək beynimizdəki si
.Novruz süfrəsi
Novruzun əsas atributlarından biri də Novruz süfrəsidir. Novruz bayramında süfrənin əsas xüsusiyyəti odur ki, burada yalnız acılıqdan, şorluqdan uzaq, şirni
.Çörək haqqında bilmədikləriniz nələrdir?
Qarabağda çörəyin müxtəlif növlərini bişirirdilər: külləmə, bozlamac, təndir, közləmə, kömbə, lavaş, xamralı, yuxa, fətir, qalınça, maldili, çapartma, cad, aj
.Mətbəxlə bağlı faydalı məsləhətlər
Sizə mətbəxlə bağlı praktik bilgilər təqdim edirik: Sobanıza hopmuş yemək qoxuları üçün yemək bişirməzdən əvvəl sobanın ortasına yarısı sirkə, yarısı su
.Resept.az-dan oxuculara Yeni il təbriki
Yeni il yaxınlaşır. 2016-cı ilə artıq 3 gün qalıb. Resept.az olaraq bütün oxucuları həm Dünya azərbaycanlılarının həmrəylik günü, həm də Yeni il münasibəti
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
sure (26 sentyabr 2015 19:12)
Eladir sagolunn

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.