Qabaq sarması




Ərzaqlar:


4 ədəd qabaq
500 q çəkilmiş ət (yaxşı olar ki qoyun əti ilə mal ətinin qarışığı olsun)
2 ədəd baş soğan
Bir dəstə keşniş, şüyüd və nanə
Duz
İstiot
Şirəsi üçün:
2 ədəd böyük ölçülü pomidor
3 x.q duru yağ
3 x.q əridilmiş kərə yağı
1 st su
Duz
Istiot

Hazırlanması:

Əvvəlcə soğanın qabığını soyub yuduqdan sonra blenderdən ya da ət maşınından keçirib ətin üstünə əlavə edirik.
Göyərtiləri təmizləyib, yuyub, xırda doğrayıb ətin üstünə əlavə edirik.


Üstünə duz və istiot töküb əlimizlə yaxşı qarışdırırıq.

Kabakların qabığını soyub lay uzununa doğrayırıq.
Duzlayırıq 15-20 dəqiqə qalır.

Şirəsi üçün pomidorun qabığını soyub, xırda doğrayıb tavaya töküb ocağa qoyuruq.
Suyu çəkildikdə yağları əlavə edib 2-3 dəqiqə qovururuq.

Duz və istiotunu əlavə edib sonra qaynadılmış suyu tökürük. 2-3 dəqiqə kimi qaynadıqdan sonra ocaqdan alırıq.

Kabakları solfetka ilə qurulayırıq.

Ətdən şəkildəki kimi qoyub bükürük.


Bu şəkildə hamısını büküb qazana yan yana yığırıq.

Üstünə şirəni əlavə edib normal odda bişmək üçün ocağa qoyuruq.

Suyu çəkilib yağa düşdükdə yeməyimiz hazır olacaq.

Yeməyi isti-isti qaba yığıb süfrəyə veririk.


Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Könül (13 noyabr 2015 16:28)
bunu qabaq yazmaq olmazmı? Türkiyə türkcəsində olduğu kimi yazıb da dilimizin lüğət tərkibini dəyişmək nəyə lazım
Zahide (14 iyul 2015 05:03)
Dadi damaginda qalsin
Reseptaz (08 iyul 2015 22:09)
SaLam. Olar. Nuş olsun.
royal (07 iyul 2015 18:27)
salam,kabaki badimcannan evez elemek olar?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.