Portağallı rulet



Ərzaqlar


Biskvit üçün:
3 ədəd yumurta
1/2 st şəkər tozu
1/2 st un
İçlik üçün:
1 ədəd portağal
1/3 st şəkər tozu

Hazırlanması:

İçliyi hazırlamaq üçün portağalı yuyub xırdalayıb blenderdən keçiririk. Qabığı ilə birgə. Sonra qoyun bir kənara şəkər tozunu ruletin içinə yayanda qarışdırıb yayarsınız.


Biskviti hazırlamaq üçün yumurtanın ağını sarısından ayırıb bərkiyənədək mikserlə çalırıq.

Üstünə şəkər tozunu az-az əlavə edib yenə çalırıq.

Yumurta sarılarını əlavə edib yenə tam qarışanadək çalırıq.

Ələnmiş unu az-az əlavə edib qaşıqla qarışdırırıq.

Soba qabına kalka kağızı sərib xəmiri töküb yayırıq.

180 dərəcə qızdırılmış sobada 10 dəqiqəyə bişiririk. Çox saxlamayın ki qurumasın.

Biskviti isti-isti tez büküb qoyuruq.

Portokalı şəkər tozu ilə qarışdırırıq.

İsti bükülmüş ruleti açıb içliyi yayırıq.

İçliyi çəkdikdən sonra bükürük. Baş hissələrini kəsirik .

1-2 saat qaldıqdan sonra ruleti kəsib çay süfrəsinə verə bilərsiniz.


Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
leyla (24 may 2015 14:51)
rulet
Reseptaz (09 aprel 2015 21:21)
Salam. İsti isti açılır içlik də isti olanda çəkilir. Soyumağını gözləməyin. Nuş olsun.
Gulnar (04 aprel 2015 19:19)
Salam.Mende xemir kaqiza yapisdi.Neden ola biler? Kaqiza isti bukdukden sonra soyumamis aralamaq lazimdir kaqizdan?
Gulnar (04 aprel 2015 19:17)
Salam.Mende xemir kaqiza yapisdi.Neden ola biler? Kaqiza isti bukdukden sonra soyumamis aralamaq lazimdir kaqizdan?
Dunya (30 mart 2015 14:18)
Salam. Dunen axsam hazirladim bu ruleti. Biskviti eladir. Amma içi çox acı oldu. Məncə qabığı soyulub blendrdan keçirilsə daha yaxşı olar.
Reseptaz (15 mart 2015 22:32)
Nuş olsun. Təşəkkür edirik.
lalə (15 mart 2015 17:10)
Paxlavanız çox əladı. Təşəkkürlər.
lalə (15 mart 2015 17:09)
Paxlavanız çox əladı. Təşəkkürlər.
Reseptaz (14 mart 2015 23:28)
Bişib çıxan kimi kağıza bükürük. İçliyi hazırlayıb çəkdikdən sonra kağıza bükmürük. Nuş olsun.
Gulnar (14 mart 2015 23:21)
Salam.Birinci bukende kaqizla bukuruk?Bes portaqal su salmirki?Tesekkur.
Reseptaz (06 mart 2015 10:14)
nush olsun
gunay (05 mart 2015 22:31)
Oy oy superdir
leyla (04 mart 2015 12:57)
paxlava

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.