Portağallı kəsmikli piroq



Ərzaqlar:



Xəmir üçün:
200 q yumşaq kərə yağı
1/2 st şəkər tozu
1 ədəd yumurta
1 paket vanil
1 paket qabartma tozu
2,5 st un-təqribi

İçlik üçün:
600 q kəsmik
1/2 st şəkər tozu
3 x.q buğda nişastası
1 ədəd portağalın qabığı
3 ədəd yumurta
1 paket vanil
Bir çimdik duz

Hazırlanması:

Yumşaq kərə yağı, şəkər tozu və vanili tam qarışanadək çalırıq.



Sonra yumurtanı əlavə edib qarışdırırıq.



Tam qarışdıqdan sonra qabartma tozu ilə unu töküb əvvəl qaşıqla qarışdırıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.



Xəmirin 1/3 –ni kloka qoyub soyuducunun buz gözünə qoyuruq donsun.



Qalan xəmiri diametri 26 sm olan qabı yağlayıb içinə yayırıq.
Kənarlardan 3 sm çıxmaq şərti ilə xəmiri qaba yaymaq lazımdır. Qabı içliyi hazırlayana qədər soyuducuya qoyuruq.



İçliyi hazırlamaq üçün yumurtaların ağının üstünə bir çimdik duz töküb mikserlə bərkiyənədək çalırıq.



Kəsmiyi, şəkər tozunu, nişastanı, vanili, portağalın rəndələnmiş qabığını və yumurta sarılarını dərin bir qaba tökürük.



Sonra mikserlə tam qarışanadək çalırıq.



Sonra yumurta ağını az-az qarışığa əlavə edib qaşıqla qarışdırırıq.



İçlik hazırdır.



Soyuducudan xəmir yaydığımız qabı çıxarıb içliyi xəmirin içinə töküb yayırıq.



Soyuducunun buz gözündə olan xəmiri sürtgəcdən keçirib içliyin üstünə tökürük.



170-180 dərəcə qızdırılmış sobada piroqu bir saata bişiririk.
Sobadan çıxarıb soyumağa qoyuruq.



İlıq olanda qabdan çıxardırıq.



Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Kəsmikli piroq 5
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 1/2 st şəkər tozu 3 st un 2 ədəd yumurta 2 x.q kakao 1 paket qabartma tozu 1 paket vanil İçlik üç
.Hazır paxlavalıq yuxadan şöbiyet
(Türk mətbəxi) Ərzaqlar: 1 paket paxlavalıq yuxa 200 q kərə yağı İçlik üçün: 250 q çəkilmiş fındıq ləpəsi 2 st süd 1/2 st irmik Şərbət üçün:
.Qozlu burma paxlava
(Türk mətbəxi) Ərzaqlar: 18 ədəd hazır paxlavalıq yuxa 250 q çəkilmiş qoz ləpəsi 200 q kərə yağı Şərbət üçün: 2 st şəkər tozu 2 st su Ha
.Zebra keksi 4
Ərzaqlar: 1 st qatıq 1 st şəkər tozu 3 ədəd yumurta 3 x.q kakao 1 paket qabartma tozu 1 paket vanil 2 st un Hazırlanması: Yumurtanı bir q
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (11 sentyabr 2016 21:11)
Salam, nişastasız yaxşı alınmaz. 2ci xəmir buz gözündə 1 saata donur.
Gulka (10 sentyabr 2016 17:59)
Salam
Cox xahis edirem sualimi cavablandirasiniz.1)buna niwasta tokulmese olarmi? 2)buzdolduranda 2ci xemiri yeni ustune tokulen xemiri ne qeder saxlamaq lazimdi?
Reseptaz (06 sentyabr 2016 16:32)
Salam, diqqətiniz üçün təşəkkür edirəm. İnşallah tez tez yeni reseptleri paylaşacağıq.
irada (06 sentyabr 2016 14:56)
her gwn sizden yeni reseptler gozduyuruk
Nilufer (06 sentyabr 2016 12:10)
Nehayetki geldiz.Yeni movsume yeni reseptlerle.
irada (06 sentyabr 2016 10:31)
yeni reseptler tez tez paylaşın .kohnelere baxmaqdan yorulduq
irada (06 sentyabr 2016 10:30)
tebrik edirem nehayetki yeni resept paylaşdız.hemişe bele olun

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.