Portağallı çızkek



Ərzaqlar:



150 q qurabiyə
100 q kərə yağı
İçlik üçün:
400 q labinə pendir
3 ədəd yumurta
1 paket qaymaq
½ st şəkər tozu
1x.q un
1x.q nişasta
1 paket vanil
1 ədəd limon qabığı

Üstünün şirəsi üçün:
4 ədəd portağal
2 x.q şəkər tozu
2 x.q nişasta

Hazırlanması:

Qurabiyəni əzirik.



Üstünə ərinmiş yağı töküb qarışdırırıq.





Diametri 26 sm olan qabı götürüb altına kalka kağızı səpib qarışığı töküb yayırıq. Üstündən stəkanla bərkidirik.Hazır olanda soyuducuya qoyuruq.



İçliyi hazırlayırıq.
İçlik üçün labinə pendir ilə şəkər tozunu çalırıq.



Sonra üstünə qaymağı əlavə edib çalırıq.



Yumurtaları əlavə edib çalırıq.





Nişasta, vanil və unu əlavə edib çalırıq.



Bir ədəd portakalın qabığını əlavə edib çalırıq.





Soyuducuya qoyduğumuz qabı çıxarıb içliyi töküb yayırıq.
Qabın kənarını falqa kağızı ilə bağlayırıq.



160 dərəcə istinmiş sobada 1saata bişiririk.



Tamam soyuduqdan sonra soyuducuya qoyuruq.
2-3 saat sonra üstü üçün şirə hazırlayırıq.
Şirə üçün portakalın suyunun üstünə qalan ərzaqları töküb ocaqda qatılaşanadək bişiririk.



İlıq olanda üstünə tökürük. Yenidən soyuducuya qoyuruq.



Yaxşı olar ki, axşamdan hazırlayıb sabahı çay süfrəsinə verəsiniz.
Qabdan çıxarıb süfrəyə veririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Kəsmikli piroq 5
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 1/2 st şəkər tozu 3 st un 2 ədəd yumurta 2 x.q kakao 1 paket qabartma tozu 1 paket vanil İçlik üç
.Hazır paxlavalıq yuxadan şöbiyet
(Türk mətbəxi) Ərzaqlar: 1 paket paxlavalıq yuxa 200 q kərə yağı İçlik üçün: 250 q çəkilmiş fındıq ləpəsi 2 st süd 1/2 st irmik Şərbət üçün:
.Qozlu burma paxlava
(Türk mətbəxi) Ərzaqlar: 18 ədəd hazır paxlavalıq yuxa 250 q çəkilmiş qoz ləpəsi 200 q kərə yağı Şərbət üçün: 2 st şəkər tozu 2 st su Ha
.Zebra keksi 4
Ərzaqlar: 1 st qatıq 1 st şəkər tozu 3 ədəd yumurta 3 x.q kakao 1 paket qabartma tozu 1 paket vanil 2 st un Hazırlanması: Yumurtanı bir q
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.