Portağal piroqu



Ərzaqlar:


200 q kərə yağı
1 st şəkər tozu
3 x.q xama
2 ədəd yumurta
1 paket qabartma tozu
3,5-4 st un
İç üçün:
3 ədəd portokal
2/3 st şəkər tozu
2 x.q nişasta
2 x.q mannı yarması

Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkər tozunu çalırıq.

Xamanı və yumurtanı əlavə edib yenə tam qarışanadən çalırıq.

Qabartma tozunu və unu əlavə edib əvvəl az çalıb sonra əlimizlə yumşaq xəmir düzəldirik. Xəmir ələ yapışan olacaq.
Xəmiri kloka qoyub soyuducuya qoyuruq.

İçliyi hazırlayırıq.
Portağalın qabığını soyub blenderdən keçiririk.


Üstünə şəkər tozunu, nişastanı və mannı yarmasını töküb qarışdırırıq. Qoyuruq 15 dəqiqə qalsın.

Sonra içlik hazır olduqda xəmiri soyuducudan çıxarıb 2/3 hissəsini qabı yağlayıb yayırıq.Xəmir qabın kənarlarına 2 sm çıxmalıdır.(qabın diametri 26-28 sm)



İçliyi tökürük.

Xəmirin qalanını qalın yuxa kimi yayıb fiqur kəsib içliyin üstünə yığırıq. (İstədiyiniz formada kəsib bəzəyə bilərsiniz)




170-180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.


İlıq olanda qabdan çıxarırıq.
Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.
Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (17 iyun 2016 08:24)
Çox sağ olun.
Günel Ələkbərova (16 iyun 2016 12:24)
Möhtəşəmdir.
Aygun (13 aprel 2016 13:40)
Kartof nisastasi vursaq olar? Evde bugda nisastasi yoxdu
Reseptaz (05 may 2015 21:31)
Salam. Buğda nişastasından istifadə etmişik. Nuş olsun.
Lamiya (22 aprel 2015 08:29)
Nishasta adi kartof niwastasi olmalidi, yoxsa qargidali niwastasi
Reseptaz (15 mart 2015 22:33)
Təşəkkür edirəm.
letife (15 mart 2015 10:41)
cox gozeldiler
Reseptaz (26 fevral 2015 21:59)
Hamınıza təşəkkür edirəm. Çox sağ olun.nuş olsun.
jale (25 fevral 2015 21:49)
Heqiqeten superr gorunur heqinki dadida eldi. Eliniz qolunuz agrimasin :-)
Ramile (25 fevral 2015 16:25)
Ayyy ne gozel pirogdu bu lap hevese dushdum ) icliyi yeqinki istediyimiz kimi deyishmek olar ))
Gul (25 fevral 2015 12:07)
Hazırlayan əllər heç yorulmasın, gözəlliyinə söz ola bilməz, dadını da hazırlayıb biləcəm Allahın iznilə.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.