Pomidor şorbası


Ərzaqlar:


6 ədəd pomidor
2 x.q əridilmiş kərə yağı
1 x.q dolu un
5 st su ( ət ya da toyuq suyu)
Duz
Istiot
Kaşar pendir(zövqə görə)

Hazırlanması:

Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.

Yağı istidib unu töküb rəngi dəyişənədək qovururuq.

Sonra üstünə doğranmış pomidoru töküb qovururuq.


Pomidorun suyu çəkilib yağa düşəndək qovururuq.


Üstünə suyu ya da ət suyunu əlavə edib qarışdırırıq.

15 dəqiqə qaynadıqdan sonra blenderdən keçiririk.

Üstünə zövqə görə duz və istiotunu töküb yenidən ocaqda 5-10 dəqiqə bişiririk.Kəfini yığırıq.
Hazır şorbanı qaba çəkib üstünə sürtgəcdən keçirilmiş pendir səpirik.


Nuş olsun!

OXŞAR YAZILAR
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.