Poğaça-2



Ərzaqlar:



5 - 5,5 st un

200 q xama

125 q kərə yağı

1 st süd

1 ədəd yumurta + 1 ədəd yumurtanın ağı

1 paket quru maya (10q)

1 ç.q duz

1 ç.q şəkər tozu

İçlik üçün:

200 q ağ pendir

Zövqə görə istəsəniz cəfəri tökə bilərsiniz.

Üz üçün:

1 ədəd yumurta sarısı

1 x.q çörəkotu


Hazırlanması:

Unu dərin bir qaba ələyib üstünə duz, şəkər tozu, mayanı, 1 ədəd yumurtanı,xamanı və yumurta ağını tökürük.



Yağı əridirik və südü ilıq istidirik.



Sonra ilıq yağı və südü unun üstünə tökürük. Əvvəlcə qaşıqla qarışdırırıq.



Sonra əlimizlə yumşaq xəmir yoğururuq.



Xəmiri 1-2 saat isti yerdə saxlayırıq acıyır.



Xəmirdən istədiyiniz ölçüdə 40-80q aralıqda kündələr hazırlayırq.



İçlik üçün pendiri çəngəl ilə əzirik ya da sürtgəcin böyük gözündən keçiririk.



Bir kündəni götürüb əlimiz ilə 0,5 sm qalınlıqda yayıb içinə içlikdən 1 ç.q qoyub şəkildəki kimi bükürük.





Soba qabına kağız sərib poğaçaları yığırıq.



Üzünə yumurta çəkib çörəkotunu səpirik.



200 dərəcədə 30-35 dəqiqəyə bişiririk.




Nuş olsun!

OXŞAR YAZILAR
.Boxça blinçik - toyuq əti və yumarta ilə.
Ərzaqlar: 300 q toyuğun döş əti 2 ədəd yumurta 2 baş soğan 3 x.q yağ Duz İstiot Zövqə görə balaca dəstə şüyüd ya da cəfəri Bağlamaq üçün göy s
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Kartoflu gül börək 2
Ərzaqlar: 4 ədəd hazır börək yuxası 4-5 ədəd kartof 2 ədəd baş soğan 1/2 st duru yağ(qarğıdalı ya zeytun) 1 st süd 1 x.q əridilmiş kərə yağı 1
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (02 sentyabr 2015 23:51)
Salam. Bəli xəmirə qatırıq. Nuş olsun.
Saudi (05 iyul 2015 02:02)
Salam. Her weyi cox yaxwi bawa salmisiz ancaq xama yazib onu hazirlanmasinda gormedim . Ne vaxt xemire qatirsiz?
Reseptaz (22 dekabr 2014 23:21)
Qarışdirilan xəmirin içində var.
reseptdə göstərilib. acımağa qoyulur.Təşəkkürlər.
coni (21 dekabr 2014 20:34)
xemir mayali oldugu ucun bu pogacalar mayalanmaga buraxilmirmi ?
coni (21 dekabr 2014 20:30)
pogacanin reseptinde 200gr. xama gosterilib, amma xemiri hazirlayarken ora xamanin elave edilmesini gostermemisiz. Xahiw
edirem aydinliq getiresiniz. Tewekkur edirem
Reseptaz (13 noyabr 2014 00:21)
Saytımızda istədiyiniz resept var. Təşəkkürlər.
sebnem (27 sentyabr 2014 12:55)
sobada etli pirojki
Reseptaz (24 iyul 2014 22:33)
cox sag olun, Allah hamimizdan razi olsun
lady (03 iyul 2014 12:56)
Bir xaişim daha var bizə qış tədarükünə kömək edə bilərsiz?Məsələn ikralar,leçolar,şorabalarvə.s.
lady (03 iyul 2014 12:54)
Salam mən sizə təşəkkür etmək istəyirəm.Çünki sizin saytın reseptlərinin düzgünlüyündən və gözəlliyindən ço.....x əminə və tanıdığım hər kəsə bu gözəl saytı məsləhət görürəm.Bu gözəl ayda neçə gözəl iftar və imsak süfrələrində siz kömək etmisiz bir bilsəz.ALLAH sizdən razı olsun.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.