Pendirli yumurta pomidor



Ərzaqlar:


4 ədəd yumurta
2 ədəd böyük ölçülü pomidor
50 q sarı holland pendiri
3 x.q əridilmiş kərə yağı
Duz
Istiot
Zövqə görə üstü üçün təzə nanə ya da quru nanə

Hazırlanması:

Pomidorları yuyub qabığını soyub xırda doğrayırıq.

Tavaya töküb, ocağa qoyub suyu çəkilənədək bişiririk.

Suyu çəkildikdə yağı töküb 3 dəqiqə kimi qovururuq. Az duz və istiot tökürük, qarışdırırıq.

Sonra yumurtanı dərin qaba sındırıb, üstünə az duz və istiot töküb çalırıq.
Pomidorun üstünə əlavə edirik.

Bir tərəfi bişdikdən sonra çeviririk.

O biri tərəfi də bişdikdən sonra sürtgəcdən keçirilmiş pendiri üstünə səpirik. Qazanın qapağını örtürük.

Pendir əridikdə yemək hazır olacaq.

Yeməyi süfrəyə verdikdə təzə nanəni xırda doğrayıb üstünə səpirik. (quru nanə də olar)



Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
.Sobada qiyməli makaron 2
Ərzaqlar: 1 paket düz makaron 350 q çəkilmiş ət 1 ç.q pomidor ləti 3 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 3 x.q duru yağ 100 q kaşar pendir
.Kirəmit qabda souslu kotlet
Ərzaqlar: 500 q çəkilmiş qoyun əti 2 ədəd baş soğan 6-7 ədəd kartof 6-7 ədəd pomidor 6 diş sarımsaq 1 ədəd yumurta 100 q kaşar ya da holland pe
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
gunay (21 avqust 2015 10:22)
salam resept.az mene bisqivitin kopmemesinin sesebini deyerdioz birde reseb qoyardiz mumkunse
Reseptaz (08 iyul 2015 22:11)
Salam. Tezliklə hazırlayıb qoyarıq. Təşəkkürlər.
mah (08 iyul 2015 17:52)
salam,resept.az!resept.az sizden un qurabiyyesinin saytiniza yerlesdirmeyinizi xahis edirem.Bir nece defe hazirlamaq istemisem nedense alinmiyib bilmirem.siz hemise hazirladiginiz yemeklerin reseptlerini deiqiqlikle verirsiz men sizin reseptlere uygun nese hazirlayanda super cixir.Xahis edirem un qurabiyyesinin de reseptini deiqiq vereseniz

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.