Paytaxt salatından yolka



Ərzaqlar:



200 q ət
3 ədəd kartof
3 ədəd yumurta
2 ədəd kök (orta ölçülü)
2 ədəd tər xiyar(orta ölçülü)
2 ədəd turşu xiyar(orta ölçülü)
200 q göy noxud
200 q xama
3-4 x.q mayonez
Göy soğan balaca dəstə
Şüyüd balaca dəstə
Duz
İstiot

Bəzədilməsi üçün:
Şüyüd, nar, pomidor, göy noxud, kök və s. (Rəngli bibər də götürə bilərsiniz)

Hazırlanması:

Əti suda bişiririk. Suyuna az duz tökürük. Bişdikdən sonra soyudub xırda doğrayırıq.



Kartof, kök və yumurtanı bişirib təmizləyirik. Soyuduqdan sonra hər birini xırda doğrayırıq.







Təzə xiyarı və turşu xiyarı xırda doğrayırıq.





Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq. Göy noxudu suda yuyub, suyunu süzüb, doğranmış tərəvəzlərin üstünə tökürük. Duz və istiot töküb qarışdırırıq.





Xamanın hamısını və 3-4 x.q mayonezi əlavə edib qarışdırırıq. Zövqə görə duz istiotuna baxırıq. Lazım gəlsə əlavə edirik.



Qarışığı qaba yolka şəklində yığırıq.



Zövqə görə bəzəyirik.









Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
.Qarğıdalılı vineqret salatı
Ərzaqlar: 1 ədəd qırmızı çuğundur 2 ədəd kartof 2 ədəd kök 1 balaca baş qırmızı soğan 1 balaca dəstə cəfəri 1 ədəd balaca banka qarğıdalı 5 x.q
.Kahı ilə qarğıdalılı xiyarlı salat
Ərzaqlar: 1 ədəd kahı 1 banka qarğıdalı 2 ədəd tər xiyar Duz Istiot Mayonez Hazırlanması: Xiyarı yuyub xırda doğrayırıq. Kahını təmizləyi
.Dadlı salat
Ərzaqlar: 200 q toyuğun döş əti 100 q qara gavalı 50 q kişmiş 50 q qoz ləpəsi 1 ədəd qırmızı çuğundur 2 ədəd kök 100 q holland pendiri 3 ədəd yu
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Aydan (09 yanvar 2017 09:31)
Elleriniz derd gormesin
nurtac (08 yanvar 2017 20:57)
supper happines
nurtac (08 yanvar 2017 20:56)
eladi
nurtac (08 yanvar 2017 20:56)
ela salatdi eledim superdi xoruz salati eleye bilersiz

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.