Paxlava



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:



( 28-32 s.m-lik 2 tavalıq paxlavanın ölçüləri)

Xəmir üçün:

1kq un

3 yumurta

250 q kərə yağı

1 st süd

2 x.q xama

1 ç.q quru maya

Duz

İçlik üçün:

(İçliyi badam ləpəsi ilə də edə bilərsiniz.)

(Qoz ya da badam ləpəsinin qabığını çıxardıb qoz çəkən maşından keçiririk)

1 kq qoz ləpəsi

1kq  şəkər tozu

1/3 ç.q hil.

Yağlamaq üçün:

400 - 450 q kərə yağı

Şərbət üçün:

(hər tavaya 1st şəkər tozu,0,5 su)

2st şəkər tozu

1 st su

Üzü üçün:

2 ədəd yumurta sarısı

Badam ləpəsi ( fındıq ya da qoz ləpəsi qoymaq olar)


Hazırlanması:

Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.



Yağı əridirik.



Mayanı ilıq suda qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.



Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edirik.



Yumşaq xəmir yoğururuq.



Xəmirin üstünə neylon çəkib, dəsmal qoyub, ədyala bükürük, 2 saat acımağa qoyuruq.



İçlik hazırlayırıq. Qozu tavada qovurub qabığını təmizlədikdən sonra qoz çəkən maşından keçiririk.



Çəkilmiş qozu şəkər tozu və hil ilə qarışdırırıq. Yuxaları yağlamaq üçün yağı əridirik.

Şərbəti hazırlayırıq. Qaba suyu və şəkər tozunu əlavə edib qaynara düşən kimi 2-3 dəqiqə qaynadıb, götürük.



Üzünə çəkmək üçün yumurta sarısını bir qaba sındırıb çalırıq.



Üzü üçün badam ləpəsini təmizləyirik. Bax: Badam ləpəsinin təmizlənməsi

Xəmir 2 saata acıyır.



Xəmiri hər tava üçün12 hissəyə bölürük. İki kündəni böyük (ən alt və ən üst üçün) qalanlarını isə balaca kündələyirik.



Yuxanı (az) unla yayırıq.



Tavanı yağlayıb yuxanı səririk. Yuxaya yağ töküb yağlayırıq.



Hər qata 1 stəkandan 1 barmaq aşağı içlik səpirik.





Yenə yuxanı sərib yağlayırıq.



Bu şəkildə bütün qatları hazırlayırıq. Axırıncı qatı qoyduqdan sonra kənarlarını yaxşı düzəldirik.



Xəmiri romb şəklində kəsirik.




Yarım saat saxlayırıq. Sonra yumurtalayıb ortalarına badam ləpələrini qoyuruq.




180 dərəcə qızdırılmış sobada üzü az qızarana qədər bişiririk. Sonra layları yağıadığımız yağdan qalanını paxlavanı sobadan çıxarıb aralarına tökürük. Dərəcəni 150 dərəcəyə qoyuruq. Üzü tam qızarana yaxın çıxarıb şərbətini tökürük. Hər iki halda bıçaqla kəsilən yerlərlə bir də gedirik ki, həm yağ həm də şərbət hər yana yaxşı yayılsın.



Şərbəti tökdükdən sonra sobada 3-5 dəqiqə saxlayıb götürürük.



Paxlava ilıq olanda tavadan tək-tək çıxarıb başqa düz qaba aralı yığırıq.

Qeyd: Paxlavanın üzünün parıltılı və gözəl olmağını istəyirsinizsə onda paxlavanın şərbətindən 3 x.q götürüb 1 x.q bal ilə əridib firça ilə hazır olan isti paxlavanın üzünə çəkirik.

Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kremli rulet
Ərzaqlar: 500 q hazır yağlı xəmir Krem üçün: 1 banka qatılaşdırılmış süd 200 q kərə yağı 1 paket vanil Bəzək üçün: Xırdalanmış ləpələr Hazırlan
.Sadə Keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st xama 2 st un+2x.q un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Yumurtanı mikserlə ça
.Qaymaqlı krem ilə ekler
Ərzaqlar: 100 q kərə yağı 1 st süd 1 st un Bir çimdik duz 4 ədəd yumurta Krem üçün: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket van
.Xamalı keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 200 qr. xama 200 qr. kərə yağı 2 st. un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Şəkər
.Kəsmə kətə
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 2 ədəd yumurta (birinin sarısı üzü üçün) 1 st əkər tozu 1 st qatıq 1 paket qabartma tozu 1 paket vanil Apara
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
gunel (21 yanvar 2017 11:58)
Eladır
ayka gulka ciriq kalkotka (14 yanvar 2017 15:56)
eladi nush
sevinc (14 yanvar 2017 15:56)
eladi ela
sevinc (14 yanvar 2017 15:53)
halal xosunuz.nush olsun.
sevinc (14 yanvar 2017 15:50)
nus olsun
xanimca (14 yanvar 2017 15:50)
ela ela
sahibe (14 yanvar 2017 15:49)
super seydi
firengiz (14 yanvar 2017 15:48)
eladi
firengiz (14 yanvar 2017 15:47)
eladi
sahibe (30 dekabr 2016 12:11)
paxlava cox superrdi
sahibe (30 dekabr 2016 12:10)
salam
Rəvanə (27 dekabr 2016 17:37)
Paxlavanı xoşlayıram.
Vasif (13 noyabr 2016 09:58)
ne lezetli seydir
Resept.com.az (10 noyabr 2016 17:53)
Teşekkürler.Çox sağolun
Reseptaz (05 avqust 2016 10:15)
Təşəkkürlər...
Mədinə (03 avqust 2016 14:27)
gözəl
Mədinə (03 avqust 2016 14:27)
gözəl
murad (01 iyun 2016 06:40)
paxlavanin uzunun parlaq olmasi
Reseptaz (20 aprel 2016 11:28)
Aysu xanım şərbətin xarlamaması üçün çox qaynatmayın - bir buğum qaydanısa götürün.
Reseptaz (20 aprel 2016 11:26)
salam, bəlkə ən üst qatını qalın edirsiniz - çatlamağının səbəbi o ola bilər
lale (19 aprel 2016 23:07)
Coox xaiw edirem ressept az sualmi cavablanirin?NEDEN OLAR MENDE BIWENEN SONRA PAXLAVANIN UST QATI QOPUR YAPIWMIR NE EDIM DEYIN???
lale (18 aprel 2016 16:01)
Salam resept az.Coox xaiw edirem deyerdiz mende paxlavanin ustu aralanir neden olar ??Coox xaiw edirem cavab yazardizhazir biwen paxlavanin ust qati yapwmir onceden twk. Coox sag olun bele gozel resseptlere gore
besow (16 aprel 2016 19:48)
salam
besow (16 aprel 2016 19:46)
salam kakoslu paxlava nece hazirlanir yazardiz xais edirik
besow (16 aprel 2016 19:44)
salam
Aysu (26 mart 2016 02:01)
Salam. Xanımlar məndə paxlavanın şərbəti pesokluyur nədən olur . Xahiş edirəm bilən cavab yazsın . 1 istəkan suya 1 istəkan pesok tökürəm
elgin (23 mart 2016 22:08)
salam cox qesenkdi paxlava
sevicka (19 mart 2016 22:18)
Ay xanimlar caliwin paxlavanin xemirini az unla cin oncun quru olur paxlava birde werbeti qaynadanda berk olur bir bugum qaynasin fiso tam qaynamasin yeni qaynamag istiyende gotrun tokun
Reseptaz (19 mart 2016 20:46)
Otaq temperaturunda
Aydan (19 mart 2016 16:10)
Şəriətini isti tökürük yoxsa soyuq?
sevil (19 mart 2016 09:00)
Bu paxlava reseptine gore size coxx teşekkür edirem
Reseptaz (18 mart 2016 23:52)
Rufa xanım buyurun, http://resept.az/Sor-qogal-4587.html
Reseptaz (18 mart 2016 23:48)
Gulya xanım 300-350 qr yağ götürün hər ikisi üçün
Gulya (18 mart 2016 23:16)
Yeni 1 list biwirecem yari xemirin edecem.200-250 qram yag eridim.aralarina istifade edim qalaninda tokum uzerine?evde 2 nefer olduqumuz ucun 1list kifayet edir.))indidem tewekkur edirem cavablandirdiginiz ucun.
Gulya (18 mart 2016 23:02)
Men yarim.list biwirecem xahiw edirem mene deyinde 1liste ne qeder tokum yag ustune
Sabah biwerecem yazin cox xahis edirem.ilj defedi biwirirem isteyirem yaxsi alinsin.
rufa (18 mart 2016 14:24)
Bu paxlava reseptine gore size coxlu coxlu minnetdarligimi bildirmek isteyirem. Resept super. Bisirdim cox dadli ve yumsaq cixdi. Zehmet olmasa qogalin reseptini de yazardiniz.
gunay (18 mart 2016 10:59)
ela
gunay (18 mart 2016 10:58)
gunay memmedov
Reseptaz (17 mart 2016 22:45)
Salam. Bişirənlərə nuş olsun. Yağı belə istifadə edirik. Aralarını yağlayırıq ondan qalan yağı bişərkən çıxarıb üstünə əlavə tökürük. Təşəkkürlər.
Gulya (17 mart 2016 21:24)
Salam xahis edirem cavab yazin biwirecem mende.400-450 qram yagi yaglamaq ucun yazmisiz.bes cixarib yag tokende ne qeder lazimdi?yeni biwirende ustune tokulen yag

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.