Od çərşənbəsi



Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Günəş istisini arzulayan ulu babalarımız od çərşəndəsində sübh tezdən Günəşə qurban aparardılar. Böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr oxuyardılar. Tonqal sönəndən sonra qızlar və oğlanlar külü yığıb onu kəndin kənarına, ya da yola səpirdilər. Bu bir növ tonqaldan atılmış adamların azarınn çıxıb getməsini simvolizə edir. Qədim dövrdə tonqalı yetkinlik yaşına çatmamış oğlan uşağı çaxmaq daşı vasitəsilə qalayardı. Belə od müqəddəs sayılardı. Tariximizdə elə dövrdər olub ki, odun üzərindən atlanmaqla məhkumlar xilas olublar. Deməli günahsızdır ki, od onu yandırmayıb. Od çərşəmbəsinin digər maraqlı mərasimlərindən biri də il boyu ailə üzvlərindən birini itirmiş evlərin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla həmin ailənin saxladığı yas mərasimiqə son qoyulardı. İnsanlara Uraz/Araz (od, atəş) adının verilməsi, evlərdə üzərrik yandırılması, xəbis ruhlardan qorunmaq məqsədilə qoyun sürülərinin yanmaqda olan kolların altından keçirilməsi, təndirin müqəddəs sayılması, ondan arzuların gerçəkləşməsinin istənilməsi, yanmaqda olan ocağı söndürməmək və məzar daşların üzərində atəşdanların həkk edilməsi və başqa nümunələr də türklərin oda olan hörmət və ehtiramını göstərir. Qədimdə evlərdə ocağı sönməyə qoymurdular. Yalnız kimsə ölmüş olarsa odu çıxarıb xüsusi yerdə saxlayır və qış vaxtı 5 gündən sonra, yayda isə bir aydan sonra odu evə qaytarardılar.

OXŞAR YAZILAR
.Su çərşəmbəsi - Əzəl çərşəmbə
Su təmizlik saflıqdır. Su hər şeyin əzəli və çıxış nöqtəsdir. Su çərşəmbəsində təbiət hələ yuxuludur. Ona görə də insanlar " Ay çərşəmbə, sən mənimlə ç
.Yeni İliniz Mübarək!
Bu gün təqvimlərdən bir yarpaq daha əksilir. 2016 başa çatdı, 2017-ni qarşılayırıq... Bu günün Azərbaycan xalqı üçün başqa bir əhəmiyyəti var. Bu gün Həmrəy
.Dilbər Ramizqızının şəxsi bloqu
Əziz resept.az istifadəçiləri. Bilirsiniz ki, böyük həvəslə hazırladığım reseptləri artıq beş ildir ki, daimi olaraq sizlərlə saytımda bölüşürəm. Zənginliy
.Bayrağımız daim yüksəklərdə dalğalansın.
Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 192
.Qurban Bayramı
Qurban bayramı,İslam aləmində ən muqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
xanim (10 mart 2014 11:11)
cox gozeldir esil novruz ab havasi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.