Noxudlu plov



(Qubadlı mətbəxi)

Ərzaqlar:


4 st uzun düyü
500 q ət
250 q noxud
150 q kişmiş
4-5 x.q əridilmiş kərə yağı
2 ədəd baş soğan
ç.q ucunda limon duzu
Sarıkök
Duz

Hazırlanması:

Düyünü yuyub ilıq suda islağa qoyuruq. Suyuna duz tökürük.
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.


Əti yuyub, üstünə su töküb, ocağa qoyuruq. Kəfini yığdıqdan sonra xırda doğranmış soğanın birini ətin suyuna tökürük.Duz da əlavə edib bişiririk. Hazır olduqda sudan çıxardırıq.
Soğanın birinin üstünə duz səpib əlimizlə əzib açı suyunu çıxarırıq.
Bişib qabığı təmizlənmiş noxudu yağda üstünə az duz səpib 3-5 dəqiqə qovururuq.

Kişmişi təmizləyib, yuyub, üstünə az yağ töküb 3-5 dəqiqə qovururuq.

Sonra ikisini bir qabda qarışdırırıq. Zövqə görə istəsəniz noxub ilə kişmişi qovurmamaış plovda bişirə bilərsiniz.

Düyünü bişirmək üçün suyu qaynadırıq. Suya duz və limon duzu əlavə edirik. Düyünü töküb qarışdırıb ç.q ucunda sarıkök tökürük.

Düyünü yarıhazır vəziyyətdə bişirib süzürük.

Plovu dəmə qoyacağımız qazana az yağ töküb istidirik.

Süzülmüş düyüdən az töküb yayırıq.

Əti tökürük.

Üstünə soğanı sıxıb tökürük .

Düyüdən az tökürük.

Sonra kişmiş ilə noxudu əlavə edirik.

Qalan düyünü tökürük.
Düyünün üstünə yağ töküb plovu vam odda dəm almağa qoyuruq.

Plovumuz 45 dəqiqəyə ya da 1 saata dəm alacaq.

Plov hazır olduqda düyünü qaba çəkib üstünü bəzəyirik. Üstünə qaynar yağ töküb süfrəyə veririk.

Nuş olsun!


OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Könül Nəsirova (18 noyabr 2016 23:34)
Əladır. Noxudu çox sevirəm. Hazırlayacam. Noxud tək başına çəki əmələ gətirmir. Amma yağda qovuranda, üstəlik plov özüdə yağlıdırsa onda çəki əmələ gələr. Nə yaxşı ki noxudu plovla birlikdə bişirməydi yağda qovurmaq lazm deyil. Ümumiyyətlə yağın insa xeyrinnən çox ziyanı var. Əsl nehrə yağınnan başqa bütn müassir y a ğların. Çox yazdım deyəsən üzr isdirəm
Reseptaz (28 sentyabr 2015 09:19)
nush olsun, bu miqdarda noxud insanda artiq ceki yaratmaz.
vefka (27 sentyabr 2015 12:52)
cox gozel reseptdi.ezyetinize gore cox sagolun.mutleq edecem.
sehla (10 iyul 2015 11:10)
salam.cox sagolun cox lezzetli gorunur.size bir sualim var noxut insanda artiq cekiye sebeb olur? bilen varsa yazsinda xahis edirem.evvelceden tewekurler
Reseptaz (07 iyul 2015 10:47)
cax sag olun...
sebnen (06 iyul 2015 23:32)
Bu sayti tesadufen gordum.superdi.ezziyyet cekenlere tesekkurler.plovdaki ela:)
Reseptaz (31 may 2015 21:07)
Təşəkkür edirik.
Sevinc (31 may 2015 18:45)
Bu noxudlu ashin da oz dadi var.Bashqa ashlardan ferqlenir.Bu milli xoreyimizi teqdim edenlere cox minnetdaram.
Reseptaz (27 may 2015 09:30)
nus olsun
mah (26 may 2015 19:21)
beh_beh!super!ellerinize sagliq.mutleq edecem

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.