Noxudlu kələm dolması



Ərzaqlar:


1 kq kələm
500 q çəkilmiş ət
1/2 st yumru düyü
2/3 st bişmiş noxud
3 ədəd baş soğan
2 ç.q pomidor məti(tomat)
1 x.q quru reyhan, ya da balaca dəstə təzə reyhan
Balaca dəstə keşniş şüyüd
3 x.q əridilmiş kərə yağı
Duz
Istiot

Hazırlanması:

Əti və qabığı soyulub yuyulmuş soğanı ət maşınından keçiririk.Üstünə düyünü yuyub tökürük. Noxudu, yağı, duz və istiotu əlavə edirik. Göyərtiləri təmizləyib yuyub xırda doğrayıb tökürük.Pomidor mətini də əlavə edib qarışdırırıq.



Kələmi duzlu suda pörtdədirik. Kələm yarpaqlarının orta zoğunu kəsib balaca olanları iki yerə, böyük olanları 4 yerə bölürük.




Adi qaydada kələm yarpaqlarının içinə ət qarışığı qoyub bükürük. Bükülmüş dolmaları qazana yığırıq.

Üstünə çıxanadək su töküb üstünə qab qoyub normal odda bişməyə qoyuruq.

Yemək suyu çəkilib yağa düşəndə hazır olacaq.


Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
leman (17 may 2016 10:40)
cox dadli alinir
gunay (22 avqust 2015 13:20)
ofbe yeyerdim usdune qatiqda vurub tovuz zonasinda noxud vurulmur duyu vurulur tomati yagda qovurub vurursan uzune yeki doyasan
Lale Amirova (21 avqust 2015 14:04)
Beh beh beh.ellerinize sagliq

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.