Novruz süfrəsi



Novruzun əsas atributlarından biri də Novruz süfrəsidir. Novruz bayramında süfrənin əsas xüsusiyyəti odur ki, burada yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər olmalıdır. Şirniyyatlardan şəkərbura, paxlava, badamburma, ballıbadı və s. qədər saymaq olar. Bundan başqa qovurğa qoyulur və müxtəlif şərbətlər, milli içkilərə yer verilir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Bayram süfrəsində müxtəlif rənglərdə boyanmış yumurtalar da süfrəyə xüsusi bəzək verir.


Novruz süfrəsinin müxtəlif tamlarla bol olmasına xüsusi fikir verilir. İnanca görə, növbəti ilin uğurlu, bərəkətli olub-olmaması sırf bundan asılıdır. Süfrədə çörəyin olması vacibdir. Hətta ən zəngin və kasıb süfrələrdə belə buna rast gəlinir. Çünki çörək bütün nemətlərin ən əsası və vacibi hesab edilir. Adətə görə bayram süfrəsindən heç nəyi atmaq olmaz. Ən kiçik, ən balaca hissəyə qədər hər şey yeyilməlidir. Bu qaydaya əməl etməmək olduqca pis davranış hesab edilir.


Bayram süfrəsində bəzi şeylərin olması məsləhət görülmür. Bunlara misal olaraq soğan, sarımsaq, sumax və s. kimi şeyləri göstərmək olar. Bunlar acı olduğundan uğursuzluq, bədbəxtlik əlaməti sayılır.


Novruz bayramında süfrənin hazırlanmasında istifadə edilən bir sıra ərzaqlardan digər məqsədlər üçün də istifadə edirlər. Bu sırada fala baxmaq ilk sırada durur. Belə ki, gənc qızlar bayram günü duzlu kökə bişirirlər. Bu kökə, balaca çörəkləri xatırladır. Adətə görə gənc qızlar həmin duzlu kökələri yeyirlər, ancaq su içmirlər. İnanca görə gecə həmin qızlara gələcək nişanlıları su verirlər. Bir digər adətə görə isə qaynadıqdan sonra səməni suyu içilir. Həmin məhlul şirin olarsa, deməli arzu yerinə yetəcək, əks halda isə yerinə yetməyəcək. Bundan başqa səməni olan xonçanın yanına qabda un qoyulur. Bayrama görə yorulan, əldən düşən qızlar səhər həmin una baxırlar. Əgər həmin qabda unun ortasında əl pəncəsini xatırladan fiqur varsa, bu yaxşı əlamət hesab olunur.

OXŞAR YAZILAR
.Meyvələr haqqında - bilmək faydalıdır.
* İlk növbədə bədənimizin başlıca düşməni olan xolestrol heç bir meyvədə yoxdur! * Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyərsək beynimizdəki si
.Çörək haqqında bilmədikləriniz nələrdir?
Qarabağda çörəyin müxtəlif növlərini bişirirdilər: külləmə, bozlamac, təndir, közləmə, kömbə, lavaş, xamralı, yuxa, fətir, qalınça, maldili, çapartma, cad, aj
.Mətbəxlə bağlı faydalı məsləhətlər
Sizə mətbəxlə bağlı praktik bilgilər təqdim edirik: Sobanıza hopmuş yemək qoxuları üçün yemək bişirməzdən əvvəl sobanın ortasına yarısı sirkə, yarısı su
.Resept.az-dan oxuculara Yeni il təbriki
Yeni il yaxınlaşır. 2016-cı ilə artıq 3 gün qalıb. Resept.az olaraq bütün oxucuları həm Dünya azərbaycanlılarının həmrəylik günü, həm də Yeni il münasibəti
.Qarabaşaqın insan orqanizmi üçün faydaları
Sizə "qreçka" adı ilə tanıdığımız qarabaşağın faydaları haqqında yazırıq. Qarabaşaq dünyanın bir çox ölkəsində istifadə olunur. Genetik dəyişikliy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (29 mart 2016 10:00)
Təşəkkürlər..
Vusal (28 mart 2016 23:04)
Bilirsiz bu melumat cok qesengdi.Bu melumat ucun cox tesekkur efirem
Vusal (28 mart 2016 23:00)
Eladi.Cok guzelllllllllllllll.:)
zenfira (19 mart 2016 19:41)
hm maraqlidir
Reseptaz (15 mart 2016 21:41)
Təşəkkür edirik.
vaqif (15 mart 2016 18:22)
cox yaxsidi
Reseptaz (14 mart 2016 22:36)
Salam. Sizlərin də bayramını təbrik edirik.Hamıza ən əsas can sağlığı arzu edirəm. Sonra puzi bərəkət sül əminəmanlıq diləyirəm. Təşəkkür edirəm.
Röya (14 mart 2016 16:56)
Bayramınız mübarək xanımlar.Allah hamımıza bol ruzi bərəkət versin.AMİN
Röya (14 mart 2016 16:54)
Bayramınız mübarək xanımlar.Allah hamımıza bol ruzi bərəkət versin.AMİN
bahar (13 mart 2016 11:58)
COX MOHTESEM RESEPTLERDI
aylin (13 mart 2016 11:56)
cox gozel resepti
lala (11 mart 2016 19:26)
gozel reseptlerdi
lala (11 mart 2016 19:26)
gozel
Maral (04 mart 2016 22:51)
Novruza aid maraqli reseptler
Aysel (01 mart 2016 19:06)
Menim reseptim
Aise (26 fevral 2016 19:06)
Maraqli idi tsk
Feqis (26 fevral 2016 15:57)
cox sagolun Novruzunuz Mubarek olsunnnnnnnnnnnnnnnnnnnnnnnn
RENA (11 iyun 2015 18:41)
MENIM EN XOSDADIYIM BAYRAM NOVRUZDU YEMEKLER NUS OLSUN
Reseptaz (28 yanvar 2015 22:53)
Çox sağ olun. təşəkkürlər.nuş olsun.
selena (28 yanvar 2015 19:59)
xahis edirem yeni ile aid sitede acin ne olur
selena (28 yanvar 2015 19:57)
cox beyendim annemin adindan size tesekkur edirem
selena (28 yanvar 2015 19:57)
cox beyendim annemin adindan size tesekkur edirem
selena (28 yanvar 2015 19:56)
harika ben bu novruzda siz yazdiqlarinizi qoyacam
Almas Yurttaş (04 oktyabr 2014 19:16)
Selam size çok teşekkür ediyorum, bu siteyi açtığınıza göre bizlerde sizin bilgilerinizden faydalancayız beni dinlediğiniz için sizlere çok teşekkür ediyorum saygılar
Reseptaz (21 avqust 2014 18:51)
Şox sağ olun.Su vurulmayan göyərtiləri təmizləyib bağlı qabda saxlaya bilərsiniz.Ancaq onu da deyim ki indiki göyərtilərə dərman vurulduğu üçün həm də satılanda çoxlu su töküldüyü üçün çox saxlamaq olmur.Təşəkkürlər.
zaur (18 mart 2014 15:40)
cox gozelllllllllllllllllllllllll
Bellizza (16 mart 2014 14:27)
MARAQLIDIR
sevinc (27 yanvar 2014 00:24)
goyertini teravetli saxlamaq ucun ne etmek olar?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.