Mühalləbili güllaç




Ərzaqlar:


6 ədəd güllaç yarpağı
4 st süd
1 st şəkər tozu
1/3 st gül suyu

Arası və üstü üçün:

Kakos, qoz ləpəsi ya da fıstıq
Üzünü bəzəmək üçün gilas

Mühalləbisi üçün:

1 x. q nişasta
1 x.q un
1 st şəkər tozu
2,5 st süd
1 ədəd limonun qabığı

Hazırlanması:

Əvvəlcə mühalləbini bişiririk. Şəkər tozu, un və nişastanı qaba töküb qarışdırırıq.

Sonra üstünə süd töküb ocaqda qatılaşanadək qarışdırıb bişiririk.

Hazır olanda limonun qabığını sürtgəcdən keçirib içinə töküb qarışdırıb ocaqdan götürürük.

Güllacları islatmaq üçün süd ilə şəkəri qarışdırıb ocağa qoyuruq. Şəkər əriyəndə ocaqdan götürürük. Gözləyirik ilıq olsun.

Güllücları qayçı ilə dörd yerə bölürük.Qaba bir sıra yığıb ilıq süddən tökürük. Kakos və doğranmış qoz ya da fısdıq ləpəsi səpirik.

Yenə bir qat yığırıq. Süd ilə isladırıq. Yenə arasına eyni qayda ilə ləpələrdən səpirik. Bir lay da hazırlayıb sonra ilıq mühalləbini töküb yayırıq.

Üstünə kakos və ləpələrdən tökürük.

Qalan güllacları da eyni qayda ilə üst-üstə yığıb süd ilə isladırıq.Qalan südü üstünə tökürük. Gül suyunu da hər tərəfinə əlavə edirik.
Əlimizlə üstündən yavaş basırıq.

Zövqə görə üstünü ləpələr və gilas ilə bəzəyirik.

Ən azı soyuducuda 2 saat qaldıqdan sonra süfrəyə verə bilərsiniz.


Nuş olsun!

OXŞAR YAZILAR
.Kakaolu biskvit 2
Ərzaqlar: 5 ədəd yumurta 1 st başından 2 x.q az un 2 x.q kakao 1 st şəkər tozu 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması: Yumurtanın a
.Portağallı çızkek
Ərzaqlar: 150 q qurabiyə 100 q kərə yağı İçlik üçün: 400 q labinə pendir 3 ədəd yumurta 1 paket qaymaq ½ st şəkər tozu 1x.q un 1x.q nişasta
.Qozlu qurabiyə 2
Ərzaqlar: 200 q yumşaq kərə yağı 1 st qoz ləpəsi 2-3 ədəd yumurta 1 st pudra şəkər 1 paket qabartma tozu 1 paket vanil Un aparanadək Haz
.Kəsmikli piroq 2
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı ½ st şəkər tozu 2 ədəd yumurta sarısı 2 st un 1 paket qabartma tozu 1 paket vanil İçlik üçün: 600
.Şokolad kremli banan pirojnası
Ərzaqlar: 4 x.q nutella 200 q xama 200 q karə yağı 1 paket qabartma tozu 50q qoz ləpəsi Un aparanadək Hazırlanması: Qoz ləpəsini doğrayıb
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
ayxan (20 oktyabr 2015 17:52)
Gözel tort
Reseptaz (02 sentyabr 2015 23:31)
Ramazan bayramında böyük marketlərdə olur. Təşəkkürlər.
ulviyye (23 avqust 2015 20:52)
gullaci cox sevirem amma hazirlaya bilmirem
Nuru (04 avqust 2015 21:55)
Gulaci bakida tapmaq mumkundu? Onceden tewekur
Efsane (09 iyul 2015 11:51)
Gülac nedir ? ve maqazinde almag olur?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.