Milli Mətbəximizdən Şah plov



Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:



4 st uzun düyü

1 kq suda bişmiş sümüksüz qoyun əti

500 q təmizlənmiş şabalıd

3 ədəd baş soğan

4 x.q əridilmiş kərə yağı

1 st kişmiş

10 ədəd qaysı

10 ədəd albuxara ya da alça turşusu

Sarıkök ya da zəfəran

Limon duzu

Duz

İstiot

Qazmaq üçün:

2st un

50 q kərə yağı

2 yumurta

1x.q xama

Duz


Hazırlanması:

Şabalıdın qabıqlarını təmizləyirik. Bax: Şabalıdın təmizlənməsi Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq.



Doğranmış soğanı tavaya töküb, duz səpib, yağ əlavə edib, qızılı rəngdə olana qədər qovururuq. Qovrulmuş soğana 1/3 çay qaşığı sarıkök əlavə edib qarışdırırıq.



Əvvəlcədən suda bişmiş əti tavada yağ əlavə edib qovururuq. Qovrulmuş ətin üzərinə limon duzu, istot  səpib qarışdırırıq



Qovrulmuş soğan ilə əti qarışdırırıq.



Kişmiş, qaysı və turşunu tavaya yağ əlavə edib qovururuq.



Qazmağı hazırlayırıq. Un ilə yağı ovuruq. Üstünə yumurtanı, xamanı və duzu əlavə edib qarışdırırıq.





Xəmiri yoğururuq. Yumşaq xəmir olur. Xəmiri bir balaca və bir böyük hissələrə bölürük.



Böyük kündəni yuxa kimi yayırıq. Qalınlığı yuxadan az qalın olsun.



Sobaya yerləşə biləcək bir qazan götürürük. Onun içini yaxşı yağlayırıq. Yayılmış yuxanı qazanın içinə yerləşdiririk.



Böyük qazanda su qoyuruq. Suya duz tökürük. (5 litrlik qazana 2-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü toküb bişiririk. Düyünü tökən kimi qarışdirin ki, bir birinə yapışmasın.



Düyü tam bişməmiş onu süzürük və üzərinə sarıkök ya da dəmlənmiş zəfəran tökürük.



Bişmiş düyüdən az tökürük və üzərinə şabalıd tökürük.



Yenə düyü əlavə edib üstünə əti tökürük və qovurduğumuz turşuları aralarına düzürük.



Yenə düyü tökürük. Qovrulmuş kişmiş ilə qaysını əlavə edirik.



Kişmişin üstünə yenə düyü əlavə edib yağlayıb balaca yuxanı yayıb üzərinə sərib yanlarını bərkidirik.



180-200 dərəcədə qabaqcadan qızdırılmış sobaya dəm almağa qoyuruq. Bütün tərəfləri qızardıqdan sonra götürürük.



Süfrəyə verilən plov üsdən kəsilir və qaşıqla götürülür.







Bu plovu istəsəniz kiçik qablarda adam başına düzəldə bilərsiniz.











Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (01 avqust 2017 14:31)
Salam, yuxa özü elə qazmaq olur.....
Vafa (28 iyul 2017 13:15)
Bəs qazmaq hazırlanırsa, o necə olur? Ayrıca bişir?
Reseptaz (19 may 2017 10:14)
Salam. Sobada qoyuruq ki, hər tərəfi qızarsın...
Sweet girl (19 may 2017 10:08)
Salam TUXOVKADA DEME QOYMAQ LAZIMDI YOXSA ADI AW KIMI QOYMAQ OLAR?
günəş (26 fevral 2017 01:30)
Cox gözəldi coxdandı etmək fikrim var inşallah cərşənbədə.bişirənnər günəşə səs versin
Reseptaz (16 mart 2016 21:45)
Təşəkkür edirəm. Çox sağ olun.
Gulnar2013 (16 mart 2016 13:58)
elleriviz qizildi-qizil
Reseptaz (31 dekabr 2015 23:50)
tesekkurler. nus olsun
ada (31 dekabr 2015 21:57)
cox sag olun. cox aydin bawa saldiniz. ilk defe biwirirdim. ela alindi tewekkur edirem
Vusala (31 dekabr 2015 06:15)
Azerbaycan metbexi
dunya (04 sentyabr 2015 23:55)
menim xalam buplovdan hazirlaya bilir.ela olur
zemine (21 avqust 2015 16:12)
Coox gozel plovdu mende eynen bu reseptle hazirlamiwam her kes beyenib
Reseptaz (05 may 2015 22:06)
Təşəkkür edirəm.
Aygul (30 aprel 2015 00:15)
Əla
Reseptaz (19 fevral 2015 23:06)
Nuş olsun. Çox sağ olun.
faiq (18 fevral 2015 08:51)
Əladi ətraflida basa saldiz tsk
Reseptaz (28 yanvar 2015 22:38)
Yuxa ilə olan resept də sayıtımızda var. Buuurub baxa bilərsiniz.
Isa israfilov (27 yanvar 2015 01:06)
Olarki hazir yuxadan edim?
Reseptaz (30 dekabr 2014 18:27)
Təşəkkürlər.
gulzar (30 dekabr 2014 00:47)
çoooooox sağolun məlumata görə :)
Reseptaz (29 dekabr 2014 23:45)
Olar. Amma yuxasını qalın etmıyin. Nuş olsun.
gulzar (23 dekabr 2014 00:26)
olar bu xəmirin əvəzinə qat -qat xəmirdən istifadə edəm.sizcə alınar ?
Reseptaz (22 dekabr 2014 23:27)
Nuş olsun. Təşəkkürlər.
Leyla (18 dekabr 2014 06:07)
Mende her yeri qizardi,ela da chixdi.sadece evvel daha az derecede biwirdim,xemor berkidikden sonra sobanin derecesini yukseltdim.
Leyla (18 dekabr 2014 06:04)
Chox sagolun,ela chixdi.
Reseptaz (24 noyabr 2014 20:23)
Çox sağ olun. Nuş olsun.
Aysel (21 noyabr 2014 10:18)
Coox tewekkur size. Biwirdim ela alindi.
Reseptaz (12 noyabr 2014 22:25)
Çox sağ olun.
Terane78 (18 oktyabr 2014 22:13)
Yene şişdim.elinize sagliq
Reseptaz (11 aprel 2014 15:09)
ele de olar..
aysel (11 aprel 2014 10:26)
salam.mən hazır lavaşlardan istifadə edib bişirirəm.Əla alınır.
Reseptaz (04 mart 2014 00:08)
Salam.Kənarları qızaranadək bişirin.Dərəcəsini qaldıra da bilərsiniz ki qızarsın.Hazır yuxa ilə də bişirə bilərsiniz amma yuxanın hər iki üzünü yaxş yağla yağladıqdan sonra qazana üst-üstə yığıb sonra düyü və qaranı töküb hazırlaya bilərsiniz.Təşəkkürlər.
aska (04 mart 2014 00:03)
təşəkkür!
aydan (18 yanvar 2014 21:32)
tesekkurler
aynur (20 dekabr 2013 21:56)
bu en sevdiyim plov novudu ..dogurdan da esil sah yemeyidi
sibel (21 noyabr 2013 18:18)
video cekiliwi varsa yaxwi olardi tam aydin olardi tam wekilde daqilmamaq werti ile qizarsin.adi lavawdan olarmi?mamanin sorulari bitmir)))))))
arzu (16 noyabr 2013 18:05)
biz hazirliyanda qiraqlari qizarmir

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.