Milli Mətbəximizdən Ləvəngi plov



Ərzaqlar:



4 st uzun düyü

1 ədəd toyuq

4 ədəd baş soğan

1,5 st qoz ləpəsi

4-5 x.q alça turşusu

4-5 x.q əridilmiş kərə yağı

Sarıkök ya zəfəran

Duz

Istiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta


Hazırlanması:

Düyünü yuyub suda qoyuruq.Təmizlənib yuyulmuş toyuğu yarıhazır vəziyyətdə olanadək duzlu suda bişiririk.



İçlik üçün soğanı soyub yuduqdan sonra ət maşınından keçirib tənzifdə sıxırıq. Acı suyunu tamam sıxıb çıxarırıq.



Qoz ləpəsini maşından keçirdib soğanın üstünə tökürük. 4 x.q alça turşusunu, zövqə görə duz və istiotu töküb yaxşı qarışdırırıq.



Toyuq bişdikdən sonra içini və çölünü turşulayıb, duz və istiotlayırıq. İçliyi toyuğun içinə yığırıq.



Adi qaydada duzlu suda düyünü yuyub bişirib süzürük.



Qazana az yağ töküb istidirik.



Qatıq ilə yumurtanı çalıb qazana az düyü töküb qatıq ilə yumurta qarışığını da töküb qarışdırıb qalınlığı 1 sm olmaqla yayırıq.



Düyüdan az töküb toyuğu qoyuruq.



Sonra qalan düyünü tökürük.Üztünə dəmlənmiş zəfəran ya da sarıkök tökürük. Üstünə yağ əlavə edib plovu 1-1,5 saat vam odda dəm almağa qoyuruq.



Plov dəm aldıqda düyünü qaba çəkib üstünə toyuq ləvəngisini qoyub yanlarını qazmaq ilə bəzəyirik. Hazır plovun üstünə qaynar yağ töküb süfrəyə veririk.

Ləvəngi plovun bəzən də ləvədgisi ayrıca hazırlanıb sobada ya da təndirdə bişirilir və süfrəyə verildikdə düyünün yanında verilir.



Nuş olsun!

OXŞAR YAZILAR
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Xexe (12 noyabr 2016 16:38)
Levengi esasen Lenkeran metbexindendi.Cuceni plov alti kimi deyil ya tendirde yadaki sobada qizardirlar.. plov alti olanda qizartmagdan cox qaynamis et kimi qalir. qizartmaq daha munasibdi.ele daha dadli olur.. Esl levengi cuce qizarmalidi...
rafael (11 noyabr 2016 15:19)
Ela❤
Nilay Əlizadə (09 may 2015 11:35)
Salam superdi!!! Ləvəngi plovdan kim inciyər??? Çoooox sevirəm
Reseptaz (20 avqust 2014 13:33)
Salam.İstəklərinizi gələcəkdə nəzərə alacağıq.Pizza resepti duzlu xəmir işlərin bölməsində var buyurub baxa bilərsiniz.
aysel (15 may 2014 17:58)
cox xahiw edirem
aysel (14 may 2014 10:53)
salam sizden cox xahis ederdim ki mene pizza resepini nece hazirlanmasini deyerdizde zehmet olmasa cox xahis edirem cox isteyerdim hazirlamasini
Mila (14 may 2014 09:38)
Biz terefin yemeyidi bu.cox sevdiyim yemeydi,dadli olur.demey olarki heftede 1defe hazirlayiram.Sizede tessekkur edirem.Birde usaq yemeylerindende ressepler versez sevinerdik.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.