Milli Mətbəxiizdən Şah plov - 2 (Xan plov)



Ərzaqlar:



3 st uzun düyü

500 q quşbaşı doğranmış ət

400-500 q təmizlənmiş şabalıd

4-5 ədəd baş soğan

4 x.q əridilmiş kərə yağı

1 st. kişmiş

7-8 ədəd gavalı turşusu

7-8 ədəd qaysı

Duz

İstiot

Zəfəran ya da sarıkök

10 ədəd balaca yuxa


Hazırlanması:

Əti yuyub üstünə su töküb bişiririk. Kəfini yığırıq. Bişənə yaxın suyuna duz tökürük. Suyunu elə tökün ki bişəndə suyu qalmasın.

Soğanın qabığını soyub yuduqdan sonra doğrayırıq və üstünə duz, yağ töküb qızılı rəngdə olanadək qovururuq.




Bişmiş ət tikələrini və gavalı turşusunu yuyub soğanın üstünə töküb 5-6 dəqiqə qovururuq. Zövqə görə duz və istiotunu əlavə edirk.



Kişmişi qaysını təmizləyib yuyuruq. Qaysini 4 bölüb doğrayırıq.Tavaya töküb üstünə yağ əlavə edib bişiririk.



Şabalıdı üstünə duz səpib tavada yağda az qovururuq.



Düyünü yuyub islağa qoyuruq.

Sonra adi qaydada duzlu suda yarıhazır vəziyyətdə bişiririk və süzürük. Üstünə zövqə görə zəfəran suyu ya da sarıkök tökürük.



Plovu dəmə qoyacağımız qazanı yağlayırıq. Sonra yuxaları yan-yana düzürük. Düzdükdən sonra yenəyuxaları yağlayırıq.



Qazana birinci az düyüdən tökürük. Üstünə kişmiş ilə qaysını əlavə edirik.



Yenə düyüdən töküb üstünə əti əlavə edirik.



Yenə düyü əlavə edib şabalıdı tökürük.



Qalan düyünü şabalıdın üstünə töküb yağ əlavə edib yuxaların kənarını içəri büküb yuxa ilə örtürük.Yuxanı yağlayırıq.




Qazanı sobaya qoyuruq və 200-220 dərəcə qızdırılmış sobada yanları və üstü qızaranadək bişiririk.Qızardıqdan sonra qazanı ağzı aşağı çevirib plovun yanını bəzəyirik.Plovu süfrədə üstdən dairəvi kəsə ya da dilimləyə bilərsiniz.




Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
.Sobada qiyməli makaron 2
Ərzaqlar: 1 paket düz makaron 350 q çəkilmiş ət 1 ç.q pomidor ləti 3 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 3 x.q duru yağ 100 q kaşar pendir
.Kirəmit qabda souslu kotlet
Ərzaqlar: 500 q çəkilmiş qoyun əti 2 ədəd baş soğan 6-7 ədəd kartof 6-7 ədəd pomidor 6 diş sarımsaq 1 ədəd yumurta 100 q kaşar ya da holland pe
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (14 iyun 2016 18:56)
Çox sağ olun. təşəkkür edirəm.
Turane (14 iyun 2016 16:56)
Salam.Mən sizin daimi izləyicinizəm.Əllərinizə salıq. Çox gözəldi.
Fidan (07 aprel 2016 09:26)
Allah sizden razi olsun. Reseptleriniz ela. Size işlerinizde muveffeqiyyet.
rena (10 mart 2016 18:02)
cox guzeldi
Surawka (06 mart 2016 20:05)
Cox gozel
Ellada (25 iyun 2015 15:24)
salam. Bugun bu plovu biwirecem,amma bir sualim var-qazanin qapagini ortmek lazimdir ya yox?
Reseptaz (18 may 2015 09:38)
nush olsun
Aygul (18 may 2015 00:53)
Hele bisire bilmemisem. Insallah bisirecem ama bu saytdan cox faydalaniram. Esas da sirniyatlardan.
Bahar Əlizadə (07 may 2015 00:38)
Salam tesekkurler size ugurlar
Reseptaz (05 may 2015 21:47)
Salam. Onda siz də istifadə etməyin. Nuş olsun.
Bahar Əlizadə (05 may 2015 21:44)
Salam çooox gözəldi.. Amma mən tərkibinə kişmiş qatılan hər nə varsa onu yeməkdən imtina edirəm. :(
Reseptaz (05 may 2015 21:41)
Salam. Xoş sözlərə görə təşəkkür edirəm. Çox sağ olun. Nuş olsun.
arif siyezenli (01 may 2015 14:53)
elnizie zalgliq ela ela cox gozel
arif siyezenli (01 may 2015 14:38)
tesekurlar ne yaxsi siz varsiz
Reseptaz (23 aprel 2015 09:38)
salam, bizim reseptle hazirlayin yaxsi alinar insh. yuxalarin ustu qizaranda hazir olur.
Aygul (23 aprel 2015 02:10)
Salam.Plovu cox sevirem. Sahplovu ki lap cox. Ancaq bisire bilmirem. Sualim beledi ki nece deqiqe ve ya saat bismelidi. Tesekkur edirem indiden
nergiz (27 mart 2015 15:07)
yemeklerımız ucun darıxmısam
Reseptaz (13 mart 2015 22:05)
Təşəkkürlər.
aytən (02 mart 2015 12:18)
Hər nə gözəl şey varsa xanımlar üçün
Reseptaz (11 yanvar 2015 19:53)
Təşəkkürlər.
NAVAL (11 yanvar 2015 01:34)
MEN PULOVU COX SEVIREM . ELLERINIZE SAGLIQ SUPERSIZ.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.