Meyvələr haqqında - bilmək faydalıdır.



* İlk növbədə bədənimizin başlıca düşməni olan xolestrol heç bir meyvədə yoxdur!
* Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyərsək beynimizdəki sinir hüceyrələri o qədər inkişaf edər, və yaddaşımızı gücləndirir!
* Meyvələr mükəmməl lif qaynağıdır!
* Meyvələr vitamin və mineral baxımından çox zəngindir!
* Az kalorilidirlər və kökəltmir! (Ancaq dieta vaxtnda kalorisi nisbətən yüksək olan əncir, banan və üzümdən uzaq olun)
* Meyvələri ac qarına yemək həzm prossesini asanlaşdırır!

Gilas

Güclü bir ağrı kəsicidir,
Xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyər
Qəbzliyi aradan qaldırır,
Nikotinin vücuddan atılmasına kömək edir,
Böyrəkləri daş və qum yığılmasından qoruyur, varsa zamanla tökər,
Öd kisəsi daşının tökülməsinə kömək edir,
Üzdə olan sızanaqların təmizləməsinə kömək edir;

(100 gr. gilas=70 kalori)

Üzüm

Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimlər,
Qaraciyəri təmizləyər,
Qara üzüm, qabığı və tumları ilə yeyilərsə hüceyrə yeniləyicidir,
Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimlər,
Uşaqların inkişafı üçün çox faydalıdır.
Ancaq kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın;

(100 gr. üzüm=65 kalori)

Şaftalı

Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyucudur,
Həzm sistemini düzgün işləməyinə kömək edər, həzmi asanlaşdırır,
Böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə yardım edir,
Böyrək daşı sökücüdür;

(1 ədəd orta şaftalı=42 kalori)

Ərik

Qan bərpaedicidir, qan azlığına xeyirlidir,
Gözəl bir cild və saç üçün yaxşı təsiri vardır,
Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edər,
Ürək xəstəliklərinə xeyirlidir,
Sümük əyilməsinin qarşısını alır,
Əsəbləri sakitləşdirib, yuxu gətiricidir,
Qəbzlik üçün və həzm sistemində problem yaşayanlar üçün faydalıdır,
Səhərlər ac qarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı cildə də canlı rəng verər;

(1 ədəd ərik=15 kalori)

Əncir

Bağırsaqları çalıştırır,
Enerji verir,
Cinsəl gücə yardım edir,
Yüksək qan təzyiqini azaldır,
Sümük möhkəmliyini artırır;

(1 ədəd orta əncir=37 kalori)

Ananas

Bakteriya və parazitlərlə mübarizədə faydalıdır,
Həzmi asanlaşdırır ,
İltihablanma riskini azaltmaqda və yaraların tezliklə sağalmasında təsirlidir;

(1 qalın dilim ananas=43 kalori)

Alma

Qanı və böyrəkləri təmizləyir,
Cildə parlaqlıq və gözəllik verir,
Soyuqdəyməyə və öskürəyə xeyirlidir,
Xolsetrolu azaldır,
Həzm sistemindəki narahatlığa kömək edir,
Baş ağrısına xeyirlidir,
Yüksək təzyiqi salır,
Qandakı şəkəri nəzarətdə saxlayar,
Revmatizmaya kömək edir,
Yuxusuzluğa yaxşıdır,
Bağırsaqlardakı qurdların tökülməsinə kömək edir;

(1 ədəd balaca alma=63 kalori)

Kivi

Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var,
Kivinin bitki mənşəli qidanları DNT`ni qoruyar,
Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır,

Xərçəngin yaranmasına mane olur.
Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır;

(1 ədəd kivi=46 kalori)

Banan

Ürəyə və əzələ sisteminə yararlıdır,
Yorgunluğa xeyr edir,
Yüksək təzyiqin qarşısını alır,
Yuxuyu rejimə salır,
Mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir,
Xolestrolu azaldır və mədə ağrısına faydalıdır
Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə sahibdir;

(1 ədəd banan=105 kalori)

Albalı

Şəkər nisbəti gilasınkından aşağı olduğu üçün daha az kaloridir
Qızdırmanı salır, susuzluğu keçirir.
Tündə rəngli albalı açık rəngli olanlara nisbətən daha çox mineral tərkiblidir;

(100 gr. albalı=50 kalori)


Greyfurt

Soyuqdəyməyə yaxşıdır,
Həzmi asanlaşdırır,
Diş əti qanamasını azaldır,
Xırda damarlardakı qan dövranını sürətləndirir ,
Mədə xərçənginə tutlmaq riskini azaldır,
Təzyiqi normallaşdırır,
Böyrəkdaşı sökücü özəlliyi vardır
Yağlı yeməklərin ardından içilən greyfurt suyu yediklərinizin ağırlığını aradan qaldırır;

Portağal

Soyuq dəyməyə və qripə yardım edir,
Tərkibindəki C vitamini və turşular sayəsində öskürəyi azaldır,
Ürək xəstəliklərinə və iflicdən qoruyur,
Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir,
Mədə xərçənginin qarşısını alma təsiri var,
Təzyiqi normallaşdırır.
İçindəki minerallar cildin quruyub, qırışlanmasının qarşısını alır,
Bağırsaq qazını təmizlər, bağırsaq qurdunun tökülməsinə xeyirlidir,
Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir,
Öd sekresiyasını artırar;

(1 ədəd portağal=60 kalori)



Çiyələk

Strese xeyr edir, sakitləşdirici təsiri vardır,
Siqaret tüstüsün təsirini azaldır.Siqaret çəkilən bir otağdaykən gün boyunca ağıza ən az 2 çiyələk atılması məsləhətdir.
Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsiri vardır,
Xərçəngə tutulmaq riskini azaldır,
Mədə və bağırsaq zəifliklərini aradan qaldırır,
Öd kisəsi xəstəliklərinə xeyirlidir,
Yüksək qızdırmanı salır,
Dişlərə və diş ətinə yaxşıdır, dişin karieslərini yaranmasının qarşısını alır,
Cildə canlılıq verir;

(100 gr. Çiyələk=30 kalori)

Armud

Ürək-damar sağlamlığı, aşağı qan təzyiqi və fiziki performansa xeyirli olan vitaminləri saxlayar,
Yüksək təzyiqi olanlar və böyrəklərində problem yaşayanlar üçün faydalıdır,
Qansızlıya və qəbizliyə yaxşı gəlir;

(1 ədəd kiçik armud=82 kalori)


Yemiş

Qanı təmizlələr,
Zərərli maddələrdən qoruma xüsusiyyəti vardır,
Narahatlıq və yuxusuzluğa xeyirlidir,
Bağırsaq və dəri xərçənginə qarşı Amerikan Xərçəng xəstəliyi Birliyi tərəfindən tövsiyə edilmişdir;

(100 gr. yemiş=26 kalori)

Mənbə: med.az


OXŞAR YAZILAR
.Novruz süfrəsi
Novruzun əsas atributlarından biri də Novruz süfrəsidir. Novruz bayramında süfrənin əsas xüsusiyyəti odur ki, burada yalnız acılıqdan, şorluqdan uzaq, şirni
.Çörək haqqında bilmədikləriniz nələrdir?
Qarabağda çörəyin müxtəlif növlərini bişirirdilər: külləmə, bozlamac, təndir, közləmə, kömbə, lavaş, xamralı, yuxa, fətir, qalınça, maldili, çapartma, cad, aj
.Mətbəxlə bağlı faydalı məsləhətlər
Sizə mətbəxlə bağlı praktik bilgilər təqdim edirik: Sobanıza hopmuş yemək qoxuları üçün yemək bişirməzdən əvvəl sobanın ortasına yarısı sirkə, yarısı su
.Resept.az-dan oxuculara Yeni il təbriki
Yeni il yaxınlaşır. 2016-cı ilə artıq 3 gün qalıb. Resept.az olaraq bütün oxucuları həm Dünya azərbaycanlılarının həmrəylik günü, həm də Yeni il münasibəti
.Qarabaşaqın insan orqanizmi üçün faydaları
Sizə "qreçka" adı ilə tanıdığımız qarabaşağın faydaları haqqında yazırıq. Qarabaşaq dünyanın bir çox ölkəsində istifadə olunur. Genetik dəyişikliy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Dəniz (13 mart 2017 19:45)
Meyvələri çoxxx sevirəm.Ancaq bəzi insanlar onu yeməkdən sonra lazımsız vaxtlarda yeyirlər.Məndən sizə bir tövasiyə::::Meyvələri yeməkdən 45 dəqiqə qabaq yeyin,qarışdırmayın..

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.