Maskarpon pendiri ilə qaymaqlı kremli tort



Ərzaqlar:

Biskvit üçün:



200 q xama
6 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1 paket vanil
1 paket qabartma tozu
Zövqə görə xəmirə limon qabığı tökə bilərsiniz.

Krem üçün:



250 q maskarpon pendiri
200 q krem qaymaq
6 x.q şəkər pudrası
1 paket vanil

Hazırlanması:

Yumurtanın ağını sarısından ayırırıq.



Ağını bərkiyənədək mikserlə çalırıq.



Sonra şəkər tozunun yarısını az-az üstünə əlavə edib mikserlə çalırıq.



Yumurta sarılarını mikserlə çalırıq.
Sonra üstünə şəkər tozunu əlavə edib ağaranadək çalırıq.



Xamanı əlavə edib tam qarışanadək çalırıq.



Vanili, qabartma tozunu və unu ardıcıl əlavə edib mikserlə çalırıq.



Sonra yumurta ağından az-az töküb qaşıqla qarışdırırıq.




Diametri 26 sm olan soba qabını yağlayıb ya da kağız sərib xəmiri tökürük.



180 dərəcə qızdırılmış sobada tam bişənədək bişiririk.



İlıq olanda qabdan çıxardırıq.



Tamam soyuduqdan sonra iki yerə bölüb tortu hazırlayırıq.
Kremi hazırlayırıq.
Pendiri, qaymağı vanili və şəkər pudrasını dərin bir qaba töküb 5 dəqiqə kimi çalırıq. Krem hazırdır.




Kremi biskvitin arasına, yanlarına və üstünə yayırıq.



Tortun üstünü zövqə görə bəzəyirik.



Biz şokolad qırıntısından istifadə etməklə bəzəmişik.
Siz istəsəniz meyvə ilə bəzəyə bilərsiniz.

Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
turan (09 aprel 2017 19:01)
gulnar2013 (26 noyabr 2016 21:25)
salam elleri qizildan olan xanim.torta niye gore kraxmal qatirsiz ne kimi xeyri var,bunada qatsaq olar,ne qeder qatmaliyiq.cox sag olun.
Reseptaz (18 noyabr 2016 09:22)
Salam, xeyir tam qərərində bir yumşaqlıqda olur. xüsusən bu kremlə çox uyğun gəlir.
ceyla (17 noyabr 2016 18:27)
Salam ressept az coox xaiw edirem deyerdiniz. Bu biskivit nece olur quru olur yoxsa nece yeni xamaya gore o biri biskivitlerden ferqlenir????coox xaiw edirem cavab yazardiniz
Reseptaz (25 sentyabr 2016 13:46)
Salam, beli ferqli kremlə də edə bilərsiniz.
Leyla (24 sentyabr 2016 13:55)
Salam ressept az. Gozel lezzetli resseptler ucun twk.Zehmet olmasa deyerdiz biskiviti bele eliyib ancaq kremi zgwoni elemey olaar???
gulnarim2013 (23 sentyabr 2016 21:22)
qesey gorsenir

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.