Limonlu rulet



Ərzaqlar:



Biskvit üçün:
3 ədəd yumurta
1/2 st şəkər tozu
1/2 st un

İçlik üçün:
1 ədəd limon
1/2 st şəkər tozu

Hazırlanması:
İçliyi hazırlamaq üçün limonu yuyub xırdalayıb qabığı ilə birlikdə blenderdən keçiririk. Sonra onu hələki bir kənara qoyun, şəkər tozunu ruletin içinə səpəndə qarışdırıb yaya bilərsiniz.

Biskviti hazırlamaq üçün yumurtanın ağını sarısından ayırıb bərkiyənədək mikserlə çalırıq.

Üstünə şəkər tozunu az-az əlavə edib yenə çalırıq.

Yumurta sarılarını əlavə edib yenə tam qarışanadək çalırıq.

Ələnmiş unu az-az əlavə edib qaşıqla qarışdırırıq.

Soba qabına kalka kağızı sərib xəmiri töküb yayırıq.

180 dərəcə qızdırılmış sobada 10 dəqiqəyə bişiririk. Çox saxlamayın ki, qurumasın.

Biskviti isti-isti tez büküb qoyuruq.

Limonu şəkər tozu ilə qarışdırırıq.

İsti bükülmüş ruleti açıb içliyi yayırıq.

İçliyi çəkdikdən sonra bükürük. Baş hissələrini kəsirik.

1-2 saat qaldıqdan sonra ruleti kəsib, çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
.Almalı köklü keks
Ərzaqlar: 1 ədəd alma 1ədəd kök 50 q qoz ləpəsi 3 ədəd yumurta 1st şəkər tozu 1/2 st duru yağ 2 st un 1 paket qabartma tozu 1 x.q darçın H
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
bextiyar (24 yanvar 2017 13:22)
cox gozel idi
Reseptaz (21 oktyabr 2016 09:41)
Onur Oguz, əlbət də 4 gözdə də bişirə bilərsiniz. Ancaq dərəcəsinə diqqət edin. dərəcə yoxdursa onda özünüz artıq nəzarət edin.
Leyla T (21 oktyabr 2016 00:34)
Ellerinize saliq gozel gorunur.limonlu butun sirniyyatlari sevirem coxx xahis edirem limonlu tort resepti paylawasiz cox xahis edirem yimisem hele dadini unutmuram.
onuroguz (07 may 2016 10:26)
Bütün bu şirniyyatlar 4 göz peçin altında bişirmək mümkündü?həm qazı yansın həm spiralı yoxsa təkcə spiralı??xahiş edirem mənə ətraflı yazasınız.dfovkam yoxdur.mən peşekar deyiləm.əvvəlcədən teşekkürlər.
Reseptaz (08 mart 2016 11:22)
Çox sağ olun sizlərlə bahəm
gulka (08 mart 2016 00:51)
Eziz xanimlar 8-mart Dunya Qadinlar Gununuz mubarek!Her zaman bele cesaretl
i,elimiz xemirli ve etirli olsun.
gulka (08 mart 2016 00:46)
Salam xanimlar ellerine saglig chox gozel sirniyyatlardir cox beyenirem.sizden bir xahis edim.kirsani nece elde etmey olar?
Aynur (23 fevral 2016 16:37)
Ruletin xemirini kalkasiz yaysam,yapisharmi?
lamiye (10 sentyabr 2015 22:59)
cox dadli gorunur bunu hokman edecem
edenlerede nus olsun!!!
Reseptaz (27 iyun 2015 19:23)
tesekkurler
ayla (27 iyun 2015 12:30)
cox beyendim
Gunel (08 may 2015 07:45)
Umumiyyetle cox gozel reseptlerdi.gelyanaltilardan tutmuw dondurmalar,keksler,ruletler....bir soznen herbiri ela. Minnetdarig Size★★★★★
Reseptaz (07 may 2015 19:45)
Çox sağ olun. Nuş olsun.
Nilay Əlizadə (06 may 2015 21:52)
Salam yaxşı alınıb asan resepti tşk
Reseptaz (05 may 2015 22:06)
Salam. İnşallah düzəldəndə bişirib nuş edərsiniz.
Aygul (30 aprel 2015 00:21)
Duxovkam xarab olub. Yoxsa bu deqiqe bisirerdim. Eladi
Reseptaz (16 aprel 2015 19:51)
Salam. Mən də sizlər kimi ev üçün bişirirəm. Ruleti əvvəlcə kağızla bükürük və içliyi qarışdırıb tez açıb isti isti içliyi çəkib yenidən bükürük.nuş olsun.
Hicran (10 aprel 2015 11:13)
Çox sağ olun çox gözəl görünür şirniyyatlarınız.Əllərinizə sağlıq. Əlaqə telefonu olsa lazım gələndə sifariş etmək olar yəqin ki,
birdə bəlkə uşaqlar üçün buradan nə isə öyrənib bişirə bilərik. Bu ruletləri əvvəlcə kağız qarışıq büküb təzədən açıb cem çəkəndən sonra bükmək lazımdır?
Reseptaz (03 aprel 2015 09:41)
nush olsun.
bahar gulsoy (02 aprel 2015 21:03)
cox hasad hazirlanir ve cox yaxsi basa sala bildiz tsekur edirem
Reseptaz (30 mart 2015 12:09)
tesekkurler, nush olsun..
Ilahe (29 mart 2015 23:52)
Axwaminiz xeyir,bu gun axir ki, bu ruleti hazirladim,cox gozel cixmiwdi,qizarmagini nezere almasaq.birinci defe biwirirdim deye bir dene biwirdim,evdekiler,esas da balaca qardawim doyunca yemedi)))) Inwallah yene biwirecem,ama gelen defe portagal da vuracam.yeqin olar?
Size tewekkurler.Sizi verene Wukur,helelik
Səidə (29 mart 2015 18:45)
Ruletin hazırlanması.Ərzaqlar-5yumurtanı yaxşıca miksernən açırıq 1stəkan şəkər tozu əlavə edirik yenə çalırıq 1stəkan un və 1 paçka qabartma tozu əlavə edib qaşıqla qarışdırırıq və yağlanmış listə töküb qoyuruq bişməyə 10 dəqiqəyyə hazır olur isti isti arasına poviidla çəkirik və bürmələyirik.nuş olsun.
Səidə (29 mart 2015 18:43)
paxlavanın hazırlanması.1yumurta 4 stəkan un 1 çay qaşığı droj 1 stəkan yağ 1 çimdik duz və 1 stəkan süd xəmir yoğur.içlik 8 stəkan çəkilmiş qoza 4 stəkan şəkər 1 vanel əlavə et qarışdır.şərbət üçün 1 stəkan su 0.5 stəkan şəkər bir balacada zəfəran.yuxalar yayılır arası içliknən dolur sonda üzəri yumurtalanır romb şəkilində doğranılır və fındıq düzülür rombların üzərinə qoyulur bişməyə üzəri bərkiyəndə çxarılır kəsiklərin üstündən təkrar gedilir və qoyulur tam biişməyə bişdkdən sonra soyudulur hazırladığımız şərbət üzərinə tökülür və yenidən isti sobaya qoyulur 10 dəqiqə qaldıqdan sonra çıxarılır. nuş olsun
(29 mart 2015 18:34)
2 yumurta 2 stəkan şəkər 1 stəkan qatıq 1 vanel 1 qabartma 1 stəkan yağ və un aparana qədər xəmir yoğur ya bərk olmasın ya yumuşaq orta halda olsun yumru yumru et yağlanmış listə qoy bişsin nuş olsun
(29 mart 2015 18:28)
Ruletin hazırlanması.Ərzaqlar-5yumurtanı yaxşıca miksernən açırıq 1stəkan şəkər tozu əlavə edirik yenə çalırıq 1stəkan un və 1 paçka qabartma tozu əlavə edib qaşıqla qarışdırırıq və yağlanmış listə töküb qoyuruq bişməyə 10 dəqiqəyyə hazır olur isti isti arasına poviidla çəkirik və bürmələyirik.nuş olsun.
damla (29 mart 2015 16:51)
Tesekkurler,bizimle bolusduyunuz ucun ..mence dadli ve gozel alinar
Efsane (23 mart 2015 19:36)
Menimde cox xosuma geldi
Reseptaz (22 mart 2015 23:52)
Təşəkkür edirik.
aydan (21 mart 2015 17:59)
Super asandı xosum gəldi
Reseptaz (19 mart 2015 23:58)
Nuş olsun. İstədiyiniz içlikdən istifadə edə bilərsiniz.
Ilahe (19 mart 2015 19:50)
Salam,bax bu rsept ela oldu,xowuma geldi,terkibi limon olan wirniyyatlar ucun bayiliram,wirin wirniyyatlari xowlamiram,ellerinize sagliq,Inwallah bu bayrami kecirek biwirecem,siz de tewekkurler,helelik
Aysun (18 mart 2015 15:38)
Salam gozel gorsenir ellerinze saliq iclik cem yaxmaq olar limondan baska bu ruletin portagala olaninda bisirdim ela cixdi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.