Limonlu kəsmikli piroq 2



Ərzaqlar:



Xəmir üçün:

2-2,5 st un

200 q kərə yağı

1/2 st st şəkər tozu

1 paket qabartma tozu

İç üçün:

400 q kəsmik

2 ədəd yumurta

1 ədəd limon qabığı

1/2 st şəkər tozu


Hazırlanması:

Ələnmiş unu yağ ilə ovuruq.





Şəkər tozunu və qabartma tozunu əlavə edib qarışdırırıq.



Xəmir ovxantı kimi olmalıdır.



İçliyi hazırlayırıq. Kəsmiyə yumurtanı əlavə edib qarışdırırıq.



Şəkər tozunu töküb yenidən qarışdırırıq.



Limonun qabığını sürtgəcdən keçirib içliyə əlavə edirik. İçlik hazırdır.



Xəmiri iki hissəyə bölürük. Qaba yayacağımız hissəni bir az böyük götürürük.

Xəmiri dizmertri 26 sm olan qaba yayırıq. (Yapışan qab olsa yağlayıb unlayıb sonra xəmiri yayırıq.)



İçliyi töküb yayırıq.



Xəmirdən qalan ovxantını üstünə səpirik.



180 dərəcə qızdırılmış sobada 40 dəqiqəyə bişiririk. İlıq olanda qabdan çıxardırıq.



Tamam soyuduqdan sonra kəsib çay süfrəinə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (29 noyabr 2016 14:08)
Çox sağ olun. diqqətiniz üçün təşəkkür edirəm.
esmanur (28 noyabr 2016 17:56)
Salam.
Bu 2-ci limonlu kəsmikli piroqdur. Başlıqda 2 qeyd olunmayıb.
Bu arada reseptlərə görə çox sağolun. Əllərinizə sağlıq.
Reseptaz (02 sentyabr 2015 23:10)
Salam. İstəyinizi nəzərə alıb hazırlayarıq. Təşəkkürlər.
Natella (12 avqust 2015 16:51)
Sizin reseptler super olur.xahis edirem limonlu tortun reseptinide yazasiz.sizin reseptler duz alinir.evelceden cox saq olun...
Reseptaz (15 dekabr 2014 22:40)
Nuş olsun.
Gulya (14 dekabr 2014 20:15)
Anam bisirmeye basladi
Reseptaz (05 dekabr 2014 22:49)
yarısı deməkdir. sayıtımızın imekinə yollaya bilərsiniz.nuş olsun.
nazile (30 sentyabr 2014 18:59)
Men bu piroqu biwirdim ozde bir nece defe cox dadlidi sagolun biwidiklerimin weklini gonderme istiyerdim
Amma deyesen mumkun deyil eger gondermek olursa bawa salinda gonderim
gulu (28 avqust 2014 16:27)
1/2 NE demek basa dusmedim ya xais eds basa sala bilersizmo
Reseptaz (24 aprel 2014 09:36)
tesekkurler
Aytən (18 aprel 2014 13:56)
Çox sadə və asan piroqdur.Çox gözəl saytdır allah razı olsun.
Reseptaz (08 aprel 2014 20:40)
Nuş olsun. Həm də dadlıdır. Əlbətdə ki kəsmikli şirniyyatları xoşlayanlar üçün.Təşəkkürlər.
Reseptaz (08 aprel 2014 20:40)
Nuş olsun. Həm də dadlıdır. Əlbətdə ki kəsmikli şirniyyatları xoşlayanlar üçün.Təşəkkürlər.
ruxa cavadi (08 aprel 2014 17:34)
cox sade ve serfeli piroqdur,bishirecem
Reseptaz (04 aprel 2014 22:33)
Təşəkkür edirik.
asli (04 aprel 2014 18:35)
cox gozel saytdi ALLAH razi olsun

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.