Limonlu kəsmikli banan



Ərzaqlar:



Xəmir üçün:

200 q kərə yağı

200 q xama

1 paket qabartma tozu

3,5 st un

İçlik üçün:

200 q kəsmik

1/2 st şəkər tozu

2 x.q. un

1 ədəd limon


Hazırlanması:

Kərə yağını sürtgəcin böyük gözündən keçiririk.



Unu əlavə edib ovuruq.



Sonra qabartma tozunu töküb qarışdırıb xamanı əlavə edirik. Əlimiz ilə yumşaq xəmir düzəldirik. Xəmiri iki saat soyuducuda saxlayırıq.



İçliyi hazırlamaq üçün limonu yuyub qurulayıb sürtgəcdən qabığını keçiririk.



Kəsmiyi çəngəl ilə əzib üstünə un, şəkər tozu, limon qabığı töküb qarışdırırıq. İçlik hazırdır.



Xəmirdən 23-25 ədəd balaca kündələr düzəldirik.



Hər birini oxlovla uzununa 0,5 sm qalınlıqda yayırıq. İçlikdən 1 x. q dolu qoyub yanlarını büküb bərkidirik.



Bükülən yanı alta olmaqla banan şəkli veririk.



Qaba kağız sərib bir-birindən aralı olmaqla yığırıq.



180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.



Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.




Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
.Almalı köklü keks
Ərzaqlar: 1 ədəd alma 1ədəd kök 50 q qoz ləpəsi 3 ədəd yumurta 1st şəkər tozu 1/2 st duru yağ 2 st un 1 paket qabartma tozu 1 x.q darçın H
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (18 noyabr 2016 09:25)
Salam, çox sağ olun. Nur xanım zehmet olmasa bir də buradakı ölçülərlə hazırlayın görün necə alınır.
lala (17 noyabr 2016 22:34)
Allah razı olsun sizdən
Allah xeyirlə mükafatlandırsın
Nur (27 yanvar 2016 23:47)
Bir daha salam. Men bananai etdim ama alinmadi . Duzu 2 st un qatdim . Bisdi ama berk ve yagli oldu . Banan formasina salmiwdim wekilde olan kimi ama bisenden sonra onda banan elameti qalmamisdi duz olmusdu xemir . Sizce bunun sebebi nedir?
Reseptaz (27 yanvar 2016 22:07)
sag olun, nus olsun
Nur (27 yanvar 2016 18:09)
Ellerivize sagliq .mende 1 ci defedir tvaroklu banani edirem hele xemirim soyuducudadie. Resepte gore coxsgaolun . Almagdansa bisirmeye deyer
lala (18 dekabr 2015 01:12)
lala
Reseptaz (06 dekabr 2015 19:32)
nus olsun
esmaa (05 dekabr 2015 23:41)
Bu resept tam istediyimdi
esmaa (05 dekabr 2015 23:40)
Salam
Reseptaz (11 noyabr 2015 09:28)
cox sag olun
wirin Aydinim (10 noyabr 2015 18:53)
Elerivize saglig cox maraqli dadli reseplerr paylasirsiniz bizde baxib bilmediklerimizi oyrenirik
Gulnar (09 iyul 2015 22:52)
Hee 23 25 eded yaxsi oxumamisam bagislayin
Gulnar (09 iyul 2015 22:17)
Salam xanim bu reseptden necedene banan cixir
Reseptaz (16 iyun 2015 09:33)
tesekkur edirem
Leyla Memmedova (13 iyun 2015 16:54)
Banani cox beyendim. Cox sag olun. Sizin sayenizde cox gozel şirniyyatlar oyrenirem. Metbexi sevdiyim ucun bundan vaxt tapan kimi yararlaniram. Universitetdeki qizlarlada paylaşiram. Ellerinize sagliq :)
mirisova anara (12 iyun 2015 15:25)
cox gozel alindi men hedda limin kesmikli bananin icerisine sor bile qoydum..cox saqolun resept.az sizin sayenizde men bele gozel leziz sirniyatlari biisrib evdeki heyat yoldasima usaqlaima qeder verirem cox lezzetli olurr ve beyenirler
Reseptaz (02 iyun 2015 19:51)
Salam. 0,5 st bu yarım stəkan deməkdir. Təşəkkürlər.
Fatime (02 iyun 2015 11:52)
Salam resept.az! Sizden cox raziyam tewekkur ediremki bele sayt acmisiz bilmediklerimizi orgenirik sizden bir xaiwim var 0,5un bu deqiq ne qederdi 1x.q undu yoxsa 3 onceden tewekkurmu bildirirem. Ugurlar sizin sayta :-)
Reseptaz (15 fevral 2015 22:36)
Təşəkkür edirik. Nuş olsun.
QONCE (07 fevral 2015 16:17)
salam nece vaxd idiki bu sirnijjadi hazirlamaq isdejirdim amma bilmirdim buradan ojrendim cox sagolun
Reseptaz (25 yanvar 2015 21:57)
Çox sağ olun. Nuş olsun.
sema (23 yanvar 2015 22:56)
Cox gozel reseptleriniz var.tesekkurler.sizin saytdan ne ediremse hamisi cox dadli olur
Reseptaz (13 yanvar 2015 20:15)
Çox sağ olun. Allah razı olsun.
Afa (13 yanvar 2015 13:20)
Salam. Dunen hazirladim cox gozel alindi. Evdekiler cox beyendiler. Tskler resept .az. sizin reseptleriniz deqiqdi. Cox sag olun. Yaxshiki azerbaycanda bele saytlar var
Afa (13 yanvar 2015 13:02)
Salam. Dunen hazirladim cox gozel alindi. Evdekiler cox beyendiler. Tskler resept .az. sizin reseptleriniz deqiqdi. Cox sag olun. Yaxshiki azerbaycanda bele saytlar var
Reseptaz (12 noyabr 2014 21:54)
Salam. Sayıtımızda qozlusu da var. Nuş olsun.
ibrahim (01 noyabr 2014 16:54)
limonlu kesmikli banan şirniyyatında kesmiyin yerine qoz qoysaq olar?
ediw (25 oktyabr 2014 18:22)
Sizi cox twk edirem sizin reseptlerniznen dadli wirniyatlar hazirliyiram yoldawim cox beyenir
Reseptaz (19 sentyabr 2014 12:04)
tesekkurler, cox sag olun
nazile (19 sentyabr 2014 00:35)
size tewekkurumu bildirmek istiyirem.Bananlardan biwirdim cox yaxwi ve rahat resepti hami beyendi anamada meslehet gordum oda beyendi.Hele sizin mayasiz pizzanizida biwirmiwem oda eladi Sizden yeni reseptler gozleyirik
Reseptaz (17 avqust 2014 18:54)
Xoş sözlərə görə çox sağ olun.
melahet (09 avqust 2014 00:02)
gozel gorunur
Lale Efendiyeva (12 may 2014 16:28)
Mən dünən kəsmikli bananlardan bişirdim, olduqca gözəl çıxdı. Yoldaşım və qaynanamgil çox bəyəndilər. Resept.az saytındakı reseptlər çox dəqiqdir. Yazılan kimi edəndə yaxşı nəticə alınır. Bütün Resept.az saytında əməyi keçən hər kəsə təşəkkür edirəm. Sükanı belə saxlayın.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.