Küftə bozbaş



Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:



(6-8 nəfərlik)

400-500 q çəkilmiş qoyun əti

2 ədəd baş soğan

1 st bişmiş noxud

1/3 st yumru düyü

5 ədəd kartof (küftələrin sayına uyğun kartof olmalıdır)

2 x.q əridilmiş kərə yağı

8-10 ədəd balaca alça turşusu

1 x.q nanə qurusu

1 ç.q zəfəran

Duz

Istiot


Hazırlanması:

Qazana 3l qaynadılmış qaynar su töküb balaca soğanı diri əlavə edirik.(Zövqə görə soğan qoymaya da bilərsiniz) Suya duz tökürük.

Çəkilmiş ətin üstünə 1 ədəd böyük baş soğanı sürtgəcdən keçiririk (soğanla əti bir yerdə ət çəkən maşından keçirmək də olar) duzu və təmizlənib yuyulmuş düyünü əlavə edib yaxşı qarışdırırıq.



Ətdən əlimizdə orta ölçülü küftələr hazırlayırıq. Hər küftənin içinə 1 dənə turşu qoyub yumrulayıb qaynayan suya tökürük. (Dənə turşuları içinə və suyuna da tökmək olar) Qaynayanda kəfini yığırıq.







Normal odda 15-20 dəqiqə qaynadıqdan sonra qabığı təmizlənib yuyulmuş kartofları  yeməyə əlavə edirik.





Yemək 20-30 dəqiqə qaynadıqdan sonra yağı və bişmiş noxudu əlavə edirik. (Suya qoyulmuş noxud olsa kartofla bərabər tökmək lazımdır)

Kartof tam bişəndə yeməyimiz hazır olacaq. Zəfəranı əvvəlcədən qaynar suda dəm almağa qoyuruq. Bişməyə 10 dəqiqə qalmış zəfəran şirəsini yeməyə əlavə edirik.





Bir daha duzuna baxıb duz və istiotunu əlavə edirik.Yeməyi süfrəyə verdikdə  üstünə nanə qurusunu tökürük.



Nuş olsun!

OXŞAR YAZILAR
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (28 oktyabr 2016 08:50)
Nuş olsun..
Xəyalə (27 oktyabr 2016 10:24)
Çox gözəl !!! Mənim anam da, nənəm də belə bişirir küftəni. Çox dadlı olur belə. Əsl küftədir.
gulsen (26 may 2016 18:14)
cox xosuma geldi evde bisirdim cox sagoln
Ayka (26 may 2016 17:21)
Qeseng gorunur. Esil kufte budur deyir biri rey yazib.Bunu neye esaslanaraq deyir? Genceliler cox gozel Kufte Bozbas bisirir ve az yag ile sogani qovurub tokur, biz oz evimizde tamat filan tokmuruk sadece sogani qovururuq ama bezi insanlar sogancayla pomidorda atir. Yani ki Baki zonasi bu cur bisirir diger bir yer sogancayla, digeri ise pomidorlu sogancayla ve s. Menim en sevdiyim tamatsiz ve pomidorsuz, ancaq az yagda sogani qovuraraq tokmekdi. Ama podrugam butov sogani atir bu cur ve oda dadli olur.
Anonim (29 noyabr 2015 16:51)
Sabina xanim bele kufte bosbashi en cox bakililar bisiriri.rayon yerlerin coxunda bele deil
Yag soganla tamatla bisirilir.mende bakida yemisem bele bosbash
sabina (28 iyun 2015 11:37)
Salam.esl kufte budu.budu.kecen defe sehifelerden birinde menle spor edirdilerki kufteye yag sogan vurulur.biz dede babadan bele hazirlamiwig.ela
Reseptaz (05 may 2015 22:34)
Salam. Yağı az istifadə etsəniz istədiuiniz nəticəni alacaqsınız. Nuş olsun.
Bahar Əlizadə (05 may 2015 22:10)
Salam sizinki yaxşıdır yəni yağı azdır. Yağlı yeməklərdən nifrət edirəm.. Bozmaşı xüsusilə vurğulamalıyam :( :( :0
Reseptaz (05 may 2015 22:02)
Salam. Makaron tökəndə olur başqa yemək. Nuş olsun.
Royale (29 aprel 2015 11:48)
Men bilmek isdeyiremki makoron el elave etmek olar
Reseptaz (13 mart 2015 21:49)
Salam. Bəzi bölgələr tökür bəziləri yox. Düyülü olan küftə resepti sayıtımızda var. Buyurub baxa bilərsiniz.nuş olsun.
nermin (06 mart 2015 23:05)
coox tewekkurler.bunun suyuna duyu tokurler?cavablandirsaz yaxwi olar.cox sagolun
Reseptaz (21 avqust 2014 01:16)
Nuş olsun.
konul (28 mart 2014 13:28)
Ellerinize sagliq , kufteni sizin reseptle bisirdim cox cox lezetli alindi tesekkurler.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.