Korjik



Ərzaqlar:



200 q kərə yağı
200 q xama
1,5 st şəkər tozu
3 ədəd yumurta
1 paket vanil
1 paket qabartma tozu
Bir çimdik duz
Un aparanadək (6 st)

Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkər tozunu mikserlə qarışdırırıq.





Yumurtaları əlavə edib çalırıq.





Xamanı əlavə edib çalırıq.





Bir çımdik duzu, vanili, qabartma tozunu və unu əlavə edib çalıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.



Xəmiri iki hissəyə bölüb birini götürüb altına az un səpib qalınlığı ~ 1,5 sm olmaqla yayıb kəsirik.





Soba qabına kalka kağızı sərib yığırıq.



200 dərəcə qızmış sobada 15 dəqiqə bişiririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Kakaolu biskvit 2
Ərzaqlar: 5 ədəd yumurta 1 st başından 2 x.q az un 2 x.q kakao 1 st şəkər tozu 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması: Yumurtanın a
.Portağallı çızkek
Ərzaqlar: 150 q qurabiyə 100 q kərə yağı İçlik üçün: 400 q labinə pendir 3 ədəd yumurta 1 paket qaymaq ½ st şəkər tozu 1x.q un 1x.q nişasta
.Qozlu qurabiyə 2
Ərzaqlar: 200 q yumşaq kərə yağı 1 st qoz ləpəsi 2-3 ədəd yumurta 1 st pudra şəkər 1 paket qabartma tozu 1 paket vanil Un aparanadək Haz
.Kəsmikli piroq 2
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı ½ st şəkər tozu 2 ədəd yumurta sarısı 2 st un 1 paket qabartma tozu 1 paket vanil İçlik üçün: 600
.Şokolad kremli banan pirojnası
Ərzaqlar: 4 x.q nutella 200 q xama 200 q karə yağı 1 paket qabartma tozu 50q qoz ləpəsi Un aparanadək Hazırlanması: Qoz ləpəsini doğrayıb
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (27 aprel 2017 09:51)
Təşəkkür edirəm...
Yegane (26 aprel 2017 16:14)
Salam.Sizin saytda reseptlere baxmaqdan zovq aliram.Bu qeder aydin,izahli ve sekilli reseptler ucun ve xususi ile emeyiniz ucun tesekkur edirem.Suallara cavab verdiyiniz ucun Cox sagolu.
Reseptaz (21 aprel 2017 15:28)
Salam, xəmiri gözlətmirik edən kimi kəsirik
Cinare (21 aprel 2017 14:34)
Salam. Xəmir gəlməlidi? ya bunları edən kimi kəsirik?
Reseptaz (07 aprel 2017 16:57)
Salam. 20-25 ədəd
Gunel (07 aprel 2017 12:56)
Salam. Təxmini neçə ədəd çıxır bu xəmirdən
Reseptaz (04 aprel 2017 09:31)
Nuş olsun...
HayMur ALA (03 aprel 2017 17:10)
Çox sağ olun Dilber xanım dediyimi nezere tutduğunuza göre sağ olun Eleriniz dərd görmesin Xoşbext olun Size çoxx amma çox güvənirəm hətda sizi çox sevirem yazan Elif xanımdı

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.