Kokoslu tart



Ərzaqlar:



2 ədəd yumurta
1/2 st şəkər tozu
1/2 st süd
1/2st duru yağ
1 st un
2 x.q kakao
1 paket vanil
1 paket qabartma tozu
1 ədəd portağalın qabığı

İslatmaq üçün:
1 ədəd portağalın suyu

Krem üçün:
4 x.q kokos
2 st süd
3 x.q şəkər tozu
2 x.q buğda nişastası
25 q kərə yağı

Üstünü bəzəmək üçün:
Kokos
Şokolad qırıntıları

Hazırlanması:

Yumurta və şəkər tozunu bir qaba töküb mikserlə ağaranadək çalırıq.





Sonra duru yağı və südü ardıcıl olaraq töküb çalırıq.



Sonra vanili, qabartma tozunu və unu töküb çalırıq.



Kakaonu əlavə edib tam qarışanadək çalırıq.
Portağalın qabığını sürtgəcdən keçirib əlavə edib çalırıq.



Qabı yağlayıb xəmiri tökürük.





180 dərəcə qızmış sobada 25 dəqiqəyə bişiririk.



İlıq olanda qabdan çıxarırıq.



Kremi hazırlayırıq. Yağ ilə kokosu saxlayırıq qalan ərzaqları qarışdırıb qazın üstündə qarışdıra-qarışdıra bişiririk. Qatılaşanda yağı və kokosu töküb qarışdırırıq.



İlıq olanda keksin üstünə əvvəlcə portağal suyunu tökürük sonra kremi töküb yayırıq.



Zövqə görə bəzəyirik.



Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kremli rulet
Ərzaqlar: 500 q hazır yağlı xəmir Krem üçün: 1 banka qatılaşdırılmış süd 200 q kərə yağı 1 paket vanil Bəzək üçün: Xırdalanmış ləpələr Hazırlan
.Sadə Keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st xama 2 st un+2x.q un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Yumurtanı mikserlə ça
.Qaymaqlı krem ilə ekler
Ərzaqlar: 100 q kərə yağı 1 st süd 1 st un Bir çimdik duz 4 ədəd yumurta Krem üçün: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket van
.Xamalı keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 200 qr. xama 200 qr. kərə yağı 2 st. un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Şəkər
.Kəsmə kətə
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 2 ədəd yumurta (birinin sarısı üzü üçün) 1 st əkər tozu 1 st qatıq 1 paket qabartma tozu 1 paket vanil Apara
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
melahet (22 yanvar 2017 16:39)
Cox gozel
Şahin (26 noyabr 2016 13:44)
çooox gözəl görünür əllərivizə sağlıq

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.