Kişmişli qozlu qurabiyə 2



Ərzaqlar:



125 q yumşaq kərə yağı
1/2 st duru yağ
1/2 st şəkər pudrası
1/2 st qovrulmuş qoz ləpəsi
1/2 st kişmiş sarı ya da qara
2 ədəd yumurta (bir yumurtanın sarısı üzünə)
1 paket qabartma tozu
1 paket vanil
3 st un(şəkildə un qoymaq yaddan çıxıb)
Üzünə çəkmək üçün:
1 ədəd yumurta sarısı

Hazırlanması:
Kişmişi təmizləyib yuyub quruduruq.
Kərə yağını, duru yağı, şəkər kirşanını, yumurtanı və vanili qaba töküb qaşıqla qarışdırırıq.



Sonra kişmişi və qozu doğrayıb əlavə edib qarışdırırıq.



Unu və qabartma tozunu əlavə edib yumşaq xəmir düzəldirik.



Xəmirdən 24 ədəd kündə düzəldirik.



Soba qabına kağız sərib kündələri yığırıq.



Üzünə yumurta sarısı çəkirik.



180 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.




Nuş olsun!

OXŞAR YAZILAR
.Kiçik keks qabında tart
Ərzaqlar: 200 q kərə yağı 1/2 st şəkər tozu 1 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 2,5 st un Krem və bəzəklər Hazırlanması:
.Yağlı xəmir ilə kremli rulet
Ərzaqlar: 500 q hazır yağlı xəmir Krem üçün: 1 banka qatılaşdırılmış süd 200 q kərə yağı 1 paket vanil Bəzək üçün: Xırdalanmış ləpələr Hazırlan
.Sadə Keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st xama 2 st un+2x.q un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Yumurtanı mikserlə ça
.Qaymaqlı krem ilə ekler
Ərzaqlar: 100 q kərə yağı 1 st süd 1 st un Bir çimdik duz 4 ədəd yumurta Krem üçün: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket van
.Xamalı keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 200 qr. xama 200 qr. kərə yağı 2 st. un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Şəkər
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
aygul (04 oktyabr 2016 13:44)
en gozel wirniyjtlar
{_Zenka_} (19 iyul 2016 09:11)
Cox super alinib
Günel Ələkbərova (09 iyun 2016 14:31)
Resept.az, bəs mənim reseptimi niyə yayımlamayıbsınız? Məgər gözəl görünmürdü?
Reseptaz (07 iyun 2016 17:22)
Salam, kiçik paçkalarin (250 qr.lıq) yarısı qədər
Aynura (07 iyun 2016 15:51)
Salam. Dadli gorsenir . Bes 125 qr kere yagi ne qeder edir texmini?
Günel (07 iyun 2016 13:57)
Əla görünür.
Reseptaz (02 iyun 2016 09:20)
Nuş
gulnar2013 (01 iyun 2016 15:21)
elivize sagliq.indi pisirecem,insallahki dadli alinar

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.