Kirəmit qabda souslu kotlet



Ərzaqlar:



500 q çəkilmiş qoyun əti
2 ədəd baş soğan
6-7 ədəd kartof
6-7 ədəd pomidor
6 diş sarımsaq
1 ədəd yumurta
100 q kaşar ya da holland pendiri
Qızartmaq üçün duru yağ
Duz
İstiot

Hazırlanması:

Çəkilmiş ətin üstünə 3 diş sarımsaq il 2 ədəd baş soğanı blenderdən çəkib tökürük. Yumurtanı və zövqə görə duz və istiotu töküb qarışdırırıq.



Tavada yağı qızdırıb, əti kotlet şəklinə salıb qızardırıq.



Kartofun qabığını soyub yuduqdan sonra doğrayıb yağda qızardırıq. Duz və istiot vururuq.



Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.
Tavada bişiririk suyu çəkildikdə üstünə 3 diş sarımsağı xırda doğrayıb əlavə edirik. Yağı töküb qarışdırırıq. Zövqə görə duz və istiotunu tökürük. 5 dəqiqə qarışdırırıq.





Qaba kotletlərdən qoyub kartof töküb sonra pomidor şirəsində əlavə edirik.





220 dərəcə qızmış sobaya yeməyi bişməyə qoyuruq.

Yemək qaynamağa başlayanda sobadan çıxarıb pendiri sürtgəcdən keçirib üstünə səpirik.



Yenidən sobaya qoyuruq. Pendir əriyib az qızaranda yeməyi sobadan çıxardırıq.



Yeməyi isti-isti süfrəyə veririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.