Kiçik keks qabında tart



Ərzaqlar:



200 q kərə yağı
1/2 st şəkər tozu
1 ədəd yumurta
1 paket qabartma tozu
1 paket vanil
2,5 st un
Krem və bəzəklər

Hazırlanması:

Krem üçün baxa bilərsiniz: Qatılaşdırılmış süd ilə yağlı krem
Yumşaq kərə yağı, şəkər tozu və vanili çalırıq.



Yumurtanı əlavə edib çalırıq.



Unu və qabartma tozunu əlavə edib çalırıq. Əlimiz ilə yumşaq xəmir düzəldirik.



Xəmirdən qozdan az balaca kündələr düzəldirik.



Qabları kərə yağı ilə yağlayırıq.



Kündəni içinə qoyub əlimiz ilə yayırıq.




Hamısını bu şəkildə düzəldirik.



Çox şişməməsi üçün çəngəlləyirik.



180 dərəcə isinmiş sobada 15 dəqiqə bişiririk.




Tamam soyuduqdan sonra üstünə krem qoyub zövqə görə bəzəyirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
.Almalı köklü keks
Ərzaqlar: 1 ədəd alma 1ədəd kök 50 q qoz ləpəsi 3 ədəd yumurta 1st şəkər tozu 1/2 st duru yağ 2 st un 1 paket qabartma tozu 1 x.q darçın H
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (17 mart 2017 09:56)
Salam, xəmir şirin olduğu üçün duzlu içlik düz gəlməz.
xanim (16 mart 2017 20:09)
Salam bu tartlatin icine salat ve yaxud duzlu weyler qoymaq olar
günəş (24 fevral 2017 22:17)
Superdilərki
senan (22 fevral 2017 13:44)
bisqivit

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.