Kəsmikli piroq 3



Ərzaqlar:



Ovuntu üçün:
125 q yumşaq kərə yağı
3/4 st şəkər tozu
2 st un
1 paket qabartma tozu
İçlik üçün:
500 q kəsmik
3/4 st şəkər tozu
3 ədəd yumurta
1 paket vanil

Hazırlanması:

Unu bir qaba ələyib şəkər tozu və qabartma tozu ilə qarışdırırıq.

Sonra üstünə yağı əlavə edib əlimiz ilə ovuruq.

Hazır ovuntunu bir kənara qoyub içliyi hazırlayırıq.
İçlik üçün olan ərzaqları dərin bir qaba alıb mikserlə tam qarışanadək çalırıq. İçlik hazırdı.


Diametri 26 sm olan qab götürüb yağlayırıq.

Sonra obuntunun yarısından bir az çoxunu qaba töküb yayırıq. Yanlardan 2 sm çıxıntı düzəldirik.

İçliyi töküb yayırıq.

Qalan ovuntunu içliyin üstünə səpirik.

180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq.
Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.


Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
elnare (28 iyun 2016 22:10)
Piroq
Reseptaz (16 aprel 2015 20:23)
Təşəkkür edirik. Nuş olsun.
sevinc (14 aprel 2015 11:43)
Bu resept mende de var.cox dadlı piroqdu.tez tez bisirirem.dadli reseptlerinizcun cox sagolun.
Reseptaz (14 mart 2015 22:54)
Nuş olsun. Təşəkkürlər.
ilya (14 mart 2015 16:05)
bisirecem cox sagolun
Reseptaz (13 mart 2015 21:27)
Təşəkkür edirəm. Nuş olsun.
nezaket (11 mart 2015 15:34)
Mən kəsmikli piroqu bişirdim .Çox gözəl alındı.Sağ olun ki belə asan reseptlərlə biz qadınlara çox kömək edirsiniz.
Reseptaz (23 fevral 2015 20:18)
Nuş olsun. Çox sağ olun.
nezaket (23 fevral 2015 11:27)
Bu piroq çox xoşuma gəldi .Bişirəcəm .təşəkkürlər belə dadlı reseptə görə.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.