Kəsmikli krem ilə rulet



Ərzaqlar:


Biskvit üçün:
5 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1 paket qabartma tozu
Krem üçün:
300 q kəsmik
200 q qaymaq
1/2 st şəkər tozu
1 paket vanil
Üstü üçün:
1 ç.q kakao
Zövqə görə qoz ləpəsi və s. tökə bilərsiniz.
Hazırlanması:
Əvvəlcə kremi hazırlayırıq.Krem üçün olan ərzaqları bir qaba töküb bərkiyənədək mikserlə çalırıq. Kremdə şəkər tozunun qırıntıları bilinməməlidir. Hazır kremi bir kənara qoyuruq.


Yumurta ilə şəkər tozunu köpüklənənə kimi mikserlə çalırıq.


Üstünə qabartma tozu ilə unu əlavə edib yenə tam qarışanadək çalırıq.


Soba qabına kalka kağızı qoyub xəmiri töküb yayırıq.


180dərəcə qızdırılmış sobada 15 dəqiqə bişiririk.


Biskviti isti –isti büküb qoyuruq.

İlıq olanda kağızdan çıxardırıq. Üzünü bıçaqla təmizləyirik.


Tamam soyuduqdan sonra arasına kremi çəkirik.

Kremi çəkdikdən sonra ruleti bükürük.

Üstünü də kremləyirik.

Baş hissələrini kəsib qaba qoyuruq. Kakao tozunu səpirik.

İstəsəniz qoz və s. lLəpələrin doğranmışını da səpə bilərsiniz. Ya da içinə və üstün meyvələrdən doğrayıb qoya bilərsiniz.
Hazır bükülmüş ruleti bir neçə saatdan sonra doğrayıb çay süfrəsinə verə bilərsiniz.


Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Seadet (30 mart 2017 10:06)
Mende reyzin kimi olur sert yeni
Seadet (03 mart 2017 22:26)
Eyni bele edib seker tozunu az etsem olarmi?
Reseptaz (05 may 2015 21:55)
Salam. Bəlkə çox bişirib qurudursunuz. Nuş olsun.
seadet (25 aprel 2015 12:07)
Menim ruletim niye qirilir?
Reseptaz (28 fevral 2015 22:57)
Nuş olsun.
Ramile (28 fevral 2015 20:50)
Bugun hazirladim amma bashqa kremle .. cox lezzetli alindi )) Teshekkurler)))
aynur (28 fevral 2015 18:44)
axi men edirem alinmir

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.