Kəsmikli krem ilə biskvit tortu



Ərzaqlar:


Biskvit üçün:
10 ədəd yumurta
2 st şəkər tozu
8 x.q dolu un
8 x.q nişasta
2 paket qabartma tozu
1 ədəd limononun qabığı
Yuxarıdakı ərzaqlara görə 2 ədəd biskvit bişiririk. Hər bir bişkvitə aşağıdakı reseptlə ərzaq götürürük.
5 ədəd yumurta
1 st şəkər tozu
4 x.q dolu un
4 x.q nişasta
1 paket qabartma tozu
1/2 ədəd limononun qabığı
Krem üçün:

200 q kəsmik
200 q qaymaq
1/2 banka qatılaşdırılmış süd (bişmiş ya da çiy)
1/2 paket vanil (zövqə görə)
Üstü və araları üçün:(Zövqə görə meyvələrdən istifadə edə bilərsiniz)
Qoz ləpəsi
Şokalad

Hazırlanması:

Kremi hazırlamaq üçün ərzaqların hamısını bir qaba töküb tam həll olanadək mikserlə çalırıq. Kremimiz hazırdı.


Yumurtanın ağını sarısından ayırıb ağını mikserlə köpüklənənə qədər çalırıq.

Sonra üstünə şəkər tozunu və vanili əlavə edib çalırıq.

Yumurta sarılarını əlavə edib çalırıq.

Un, nişasta və qabartma tozunu qarışdırıb əlavə edib qaşıqla qarışdırırıq.

Limon qabığını sürtgəcdən rəndələyib xəmirə əlavə edib qarışdırırıq.

Qaba kağız sərib xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada tam bişənədək bişiririk. Bişəndə qabdan çıxardırıq .


Hər iki biskviti bişirib qurtardıqdan sonra tam soyuyanda hər birini ikiyə bökürük. Yəni 4 lay alınacaq.

Layların arasına krem çəkib üst-üstə yığırıq.

Yanlarını və üstünü kremləyirik.

Zövqə görə bəzəyirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (21 iyun 2017 07:56)
salam, bəli olar...
Lale (20 iyun 2017 14:15)
salam ressept az xaiw edirem sizden sualmi cavablandirardiz men bu biskiviti biwirib arasina banan ustune ciyelek duzmek isteyirem olarmi ne olar tez c yazin xaiw edirem
Reseptaz (14 iyun 2017 11:47)
Salam, 28-30 sm
Nəzrin (13 iyun 2017 09:03)
Salam. Xemir uchun qabin olcusu ne boyda olmalidi?
Reseptaz (22 noyabr 2016 09:12)
salam, bəli fərqli kremlər də istifadə edə bilərsiniz. Buğda nişastası istifadə edilir. Nişasta həm daha məsaməli və ağızda tez əriyən edir.
ceyla (20 noyabr 2016 14:05)
Coooox xaiw edirem ressept az ne niwastasi istifade etmek yaxwi olar xaiw edirem cavab yazin teez cooox xaiw edirem gizleyirem???????????????
ceyla (18 noyabr 2016 23:19)
Xanim bu biskivitde aadi krem elemey olar??birde ressept az cooox xaiw edirem bir sualimada cavab yazardiz zehmet deyilse niwasta biskivite ne edir???
ceyla (18 noyabr 2016 23:19)
Xanim bu biskivitde aadi krem elemey olar??birde ressept az cooox xaiw edirem bir sualimada cavab yazardiz zehmet deyilse niwasta biskivite ne edir???
Rahilə (09 aprel 2016 21:48)
Nişasta hansından?
Reseptaz (19 avqust 2015 11:26)
salam, beli olar..
fidan (18 avqust 2015 21:27)
Coooox xais edirem cvb yazasinizx bugda niwastasi istifade etmek olarmi?
fidan (02 avqust 2015 20:56)
Nisasta nedir? Onu ne ile evez etmek olar?
fidan (02 avqust 2015 20:54)
Bu tortun kremine vurulan skusonnunun yarisini elave etmek lazimdir?
Reseptaz (02 avqust 2015 10:47)
Amin..
dilşad (02 avqust 2015 01:43)
Allahım sevdiklərimi qoru
rena (29 iyun 2015 23:54)
cox dadlidi yeni reseptlerini gozluyurem sag ol

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.