Kəsmikli biskvit ilə rulet



Ərzaqlar:


Biskvit üçün:
200 q kəsmik
3 ədəd yumurta
1/2 st şəkər tozu
4 x.q un
4 x.q nişasta
1 paket qabartma tozu
1/2 paket vanil
Krem üçün:

200 q kəsmik
200 q xama
1/2 banka qatılaşdırılmış süd
1/2 paket vanil
Üstü üçün: şokalad və kakao (Zövqə görə qoz ləpəsi, kakos, meyvə və s. istifadə edə bilərsiniz. )

Hazırlanması:

Kremi hazırlamaq üçün ərzaqların hamısını bir qaba töküb tam həll olanadək mikserlə çalırıq.



Kəsmik ilə yumurtanı çalırıq.

Şəkər tozunu və vanili töküb yenə çalırıq.

Qabartma tozunu, unu və nişastanı bir qaba töküb qarışdırıb qarışığa əlavə edib çalırıq.

Soba qabına kağız qoyub xəmiri töküb yayırıq.

180 dərəcə qızdırılmış sobada bişiririk.

Bişən kimi çıxarıb isti-isti kağızla bir burub qoyuruq soyuyur.

Tamam soyuduqdan sonra açıb arasına kremi çəkirik.

Yenidən bükürük. Baş hissələrini kəsirik.

Üstünə kremdən çəkib zövrə görə bəzəyirik.


Nuş olsun!

OXŞAR YAZILAR
.Şokoladlı qozlu piroq
Ərzaqlar: Ovxantı üçün: 200 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 2,5 st un 50 q şokolad 50 q qoz ləpəsi Arası üçün: 100 q tünd şokolad 1 ba
.Almalı qozlu keks
Ərzaqlar: 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 ədəd yumurta 50 q qoz ləpəsi 2 ədəd alma 1 paket qabartma tozu 1 paket vanil ½ st buğda ni
.Ananaslı kiçik kekslər
(15 ədəd muffin üçün) Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 200 q yumşaq kərə yağı 1 st şəkər tozu 4 ədəd yumurta 1,5 st un 1 paket qab
.Kəsmikli kokoslu qurabiyə
Ərzaqlar: 200 q kəsmik 100 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 50 q kokos 1 ədəd yumurta 1 paket vanil 1 paket qabartma tozu 2 st un Yayma
.Nutellalı qurabiyə
Ərzaqlar: 200 q kərə yağı 1/3 (üçdə bir) st şəkər pudrası 1 ədəd yumurta 2,5 st un 1 paket qabartma tozu 1 paket vanil Nutella Xəmirin altına
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (17 iyun 2016 11:55)
salam, kremdə qatılılaşdırılmış süd var bir də şirin kəsmik istifadə etsəniz krem çox şirin ola bilər. biskvitə onsuz da yarım stekan pesok vurulur elə çox deyil. ona görə normal kesmik tövsiyyə olunur.
ulker (17 iyun 2016 11:05)
salam hormetli resept.az,bir sualim var men bu rulati sirin kesmikle etsem onda xemirine seker tozu qatmamaliyam da ele?yeni birden cox sirin olar ,tesekkur edirem
peri (10 iyul 2015 13:36)
Qasimova pervane

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.