Kələm dolması



Ərzaqlar:



1-1,5 kq kələm

1 kq ət (qoyun ya da mal)

1/2 st yumru düyü

3 ədəd baş soğan

2 x.q tomat ya da 2-3 ədəd pomidor

2 x.q əridilmiş kərə yağı

1 dəstə (keşniş, şüyüd, reyhan (veya quru reyhan))

Duz

İstiot


Hazırlanması:

Ət ilə soğanı ət maşınından keçiririk. Əgər hazır qiyməniz varsa, soğanı sürtgəcdən keçiririk.



Düyünü yuyuruq və göyərtiləri xırda doğrayırıq. Qiyməyə soğan, düyü, tomat ya da xırda doğranmış pomidor, göyərti, yağ, zövqə görə istiot və duz vurub, qarışdırırıq.



Kələmi qaynar suda pörtüb, yarpaqlarını ayırırıq.





Kələmin hər bir yarpağının orta zoğunu kəsib eyni ölçüdə bölürük.



Kələm yarpağının içərisinə qiymə qoyub, şəkildəki kimi bükürük.





Qazana yığılır, ortasına boşqab qoyulur və üzərinə su tökülür.





Əvvəlcə gur odda qaynayan kimi kəfi yığırıq. Sonra orta odda bişməyə qoyulur.

Suyu çəkilib yağa düşəndə dolmamız hazırdır.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (31 may 2017 09:10)
Nuş olsun...
ayten (30 may 2017 18:24)
Dolma cox super
Reseptaz (29 mart 2017 08:45)
Salam, üzərinə çıxana qədər..
Günka (28 mart 2017 15:04)
Cox sagolun.ama suyun miqdarin yazmamsiz.
Reseptaz (31 yanvar 2016 10:43)
nuş olsun
Ehtiram (30 yanvar 2016 00:44)
Ən sevdiyim yemək
Reseptaz (07 yanvar 2016 14:26)
cox sag olun
nigar (07 yanvar 2016 11:36)
salam tewekkurler bu sehife bir coxlarina cox weyi oyredir..
leyla (02 iyul 2015 23:45)
Ellerize sagliq ama men sirf wuyud ve azca reyhan vururam kelem dolmasina dadi veren wuyuddur.
Guler (28 iyun 2015 15:51)
Biwirdim bu qayda ile kelem dolmasini dadli cixdi.
Sədaqət (27 iyun 2015 02:31)
Səhifəni çox bəyəndim.İnanıram ki çoxlarının mətbəxinin sevimlisi olmusunuz.Təşəkkürlərini.
Reseptaz (04 dekabr 2014 22:58)
şirniyyatlar bölməsinə bacıb seçı bilərsinuz.
aysel (01 dekabr 2014 18:31)
Men sade sirniyat resepti istiyirem
Reseptaz (26 avqust 2014 00:35)
İstəsəniz vura bilərsiniz.
vusale (23 avqust 2014 18:37)
Kelem dolmasinin icine nane ve kekotu vurmaqda olar?
Reseptaz (21 avqust 2014 13:32)
Təşəkkürlər.
$IM$Ek. (12 avqust 2014 02:19)
her seyi oxumaq isteyirem.
Aysun (04 mart 2014 14:43)
Cox sagolun
Reseptaz (18 noyabr 2013 14:48)
sag olun..
mak (18 noyabr 2013 13:51)
ellerinize sagliq

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.