Katmer poğaça



Ərzaqlar:



2 st süd
1 ədəd yumurta ağı
1/2 st duru yağ
1 paket tez maya
1 ç.q duz
2 ç.q şəkər tozu
6 st un

Arası üçün:
100 q kərə yağı
100 ağ pendir

Üzü üçün:
1 ədəd yumurta sarısı
Küncüt, çörəkotu

Hazırlanması:

Kərə yağını əridib bir kənara qoyuruq yuxaları yağlamaq üçün. Südü ilıq istidirik. İlıq olanda dərin bir qab götürüb duru yağı və südü tökürük.
Üstünə mayanı, duzu, şəkər tozunu və yumurtanın ağını əlavə edib qarışdırırıq.



Qarışığın üstünə undan az-az töküb qarışdırıb yumşaq xəmir düzəldirik.



Xəmiri isti yerdə 1-2 saat saxlayırıq acıyır.



Xəmirdən 8 ədəd kündə düzəldirik.



Kündələrin hamısını un səpib diametri 20 sm olmaqla oxlovla yayırıq.






Bütün yaydığımız yuxaların arasını kərə yağı ilə yağlayıb üst-üstə yığırıq. Axırıncı yuxanı yağlamırıq.




Sonra oxlovu əlimizə alıb qalınlığı 0,5 sm olanadək yaymağa başlayırıq.



Bıçaqla yuxanı 16 yerə bölürük.



Bir bölünmüş üçkünc xəmirin enli tərəfinə pendirdən qoyub şəkildəki kimi bükürük.





Bu şəkildə hamısını bükürük.
Soba qabına kağız sərib yığırıq. 30 dəqiqə gözləyirik.



Sonra üzünə yumurta sarısı çəkib çörəkotu və küncüt səpirik.



180 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
xanim (19 mart 2017 14:12)
1 st sud 1 st su etmek olar
Reseptaz (28 oktyabr 2016 08:52)
Salam, südlə hazırlamaq daha məqsədəuyğundur. Arasina pure de edə bilərsiniz..
gulnarim2013 (27 oktyabr 2016 14:39)
salam xanim,buna sud evezine smetan vurmaq olar,olarsa ne qeder,birdeki iclik pure etsek olar,xahis edirem cavablandirin
Sevinc (02 aprel 2016 18:47)
Salam. Bagetin reseptini paylaşa bilərsiniz, zəhmət olmasa? Çox sağ olun.
Reseptaz (14 mart 2016 22:38)
Salam. 1 ç.q tökün. Xəmiri qoyun isti yedə 2-3 saat acısın.Nuş olsun.
Sevinc (11 mart 2016 18:55)
Salam. Bizim yanımızdakı marketlərdə tez maya yoxdu. Adi mayadan istifadə etmək olar? Olarsa nə qədər saxlayım acıması üçün?
Reseptaz (10 mart 2016 15:04)
Diqqətiniz üçün çox sağ olun. Zulya xanım yazarkən səhv gedib düzəlttik. sağ olun.
sefa (10 mart 2016 12:35)
Cox dadli gorsenir ellerinize sagliq
Zulya (10 mart 2016 11:11)
Katmer bogca resettinde erzaqlarda duru yag yazilib hazirlanmasinda ise kere yagini eridirik yazilir hansi duzdu?
Gulya (09 mart 2016 19:58)
Yox bele boyuk packadaki maya ile nece qawiq?yoxsa mutleq tez maya atmaliyiq?
Reseptaz (06 mart 2016 23:59)
1 paket tez maya elə 10 qr olur
Gulya (06 mart 2016 19:51)
Qramla ne qeder maya?nece qasiq?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.