Kartoflu gül börək



Xəmir üçün:

3 st un
100 q kərə yağı
1 ədəd yumurta
1 st süd
1 paket tez maya
1 ç.q duz
Üz üçün: 1 ədəd yumurta
İçlik üçün:Kartof əzməsi ya bişmiş qiymə ya da ağ pendir

Hazırlanması:

Unu ələyib dərin qaba tökürük. Üstünə mayanı və duzu əlavə edib qarışdırırıq. Unun üstünə yumurtanı əlavə edirik.


Süd ilə yağı bir qaba töküb ilıq isidirik. Süd ilə yağ qarışığını una əlavə edib qarışdırırıq.


Sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.


Xəmiri isti yerdə 1 saat saxlayırıq acıyır.


Xəmir hazır olanda 30 ədəd balaca kündədüzəldirik.




Bir kündəni götürüb 0,5 sm qalınlıqda yayırıq. İçlikdən 1 ç.q qoyub iki qatlayırıq. Uçlarını birləşdiririk.






Bu şəkildə bütün kündələri hazırlayırıq.


Qaba gül formasında yığırıq.


Üzünü selofan ilə örtürük 30 dəqiqə saxlayırıq.
Sonra üzünə yumurta çəkib bişməyə qoyuruq.


210 dərəcə qızdırılmış sobada tam qızaranadək bişiririk.


Süfrəyə isti ya da soyuq halda verə bilərsiniz.


Nuş olsun!

OXŞAR YAZILAR
.Boxça blinçik - toyuq əti və yumarta ilə.
Ərzaqlar: 300 q toyuğun döş əti 2 ədəd yumurta 2 baş soğan 3 x.q yağ Duz İstiot Zövqə görə balaca dəstə şüyüd ya da cəfəri Bağlamaq üçün göy s
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Kartoflu gül börək 2
Ərzaqlar: 4 ədəd hazır börək yuxası 4-5 ədəd kartof 2 ədəd baş soğan 1/2 st duru yağ(qarğıdalı ya zeytun) 1 st süd 1 x.q əridilmiş kərə yağı 1
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
ofelya (10 noyabr 2016 21:28)
kartoflu gul borek
Vusale (16 iyul 2016 13:41)
yoxladim, chox dadli alindi. chox teshekkurler resepte gore :)
Reseptaz (15 iyul 2016 00:31)
Çox sağ olun.
A&Y (14 iyul 2016 18:51)
Ellerinize sagliq cox gozel gorunur
Çicek (27 may 2016 23:08)
..
Reseptaz (06 may 2016 09:18)
Natavan xanım buyurun - http://resept.az/Napoleon-tortu-3648.html
Reseptaz (06 may 2016 09:18)
Nərgiz xanım çox sag olun.
Natavan (06 may 2016 00:38)
napaleon tortunun reseptini yazın xaiş olunur
nergiz (05 may 2016 23:14)
Salam resept.az men bugun boreyi biwirdim cox dadli lezetli gozel alindi. Men size cox cox minnetdaramki bele gozel sayt yaratmisiz.sizin bu yemekleri caliwdigim qeder biwirirem coxda gozel alinir yoldawimda cox beyenir. Allah sizde razi olsun yaxsiki varsiz Allah ureyinize gore versin amin. Sagolun
su eda (03 aprel 2016 20:18)
sueda
mahir (29 mart 2016 18:42)
dadli alindi tovsiye ederirem )))
Reseptaz (14 mart 2016 22:25)
Çox sağ olun. Təşəkkür edirəm.Nuş olsun.
gulya (13 mart 2016 19:59)
sayitinizi cox beyenirem
Sabina (19 fevral 2016 15:15)
salam.sizin sayti cox beyenirem artiq sizin komeynizle metbextde xaliqeler yaradacam. ugurlar size
Reseptaz (05 fevral 2016 16:23)
Salam, normal drojla hardasa 10-15 qr, amma onda xemiri daha cox gozletmek lazimdir.
Nana (05 fevral 2016 15:38)
Salam resept.az ela reseptdi ama bilmek isteyirem tez maya evezi droj qatmaq olar? Eyer olarsa ne qeder?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.