Kartoflu gül börək 2



Ərzaqlar:



4 ədəd hazır börək yuxası
4-5 ədəd kartof
2 ədəd baş soğan
1/2 st duru yağ(qarğıdalı ya zeytun)
1 st süd
1 x.q əridilmiş kərə yağı
1 ədəd yumurta
Duz
İstiot
Çörəkotu və küncüt

Hazırlanması:

Əvvəlçə içliyi hazırlayırıq.
Kartofun qabığını soyub yuyub suda bişiririk.
Soğanın qabığını soyub yuyub xırda doğrayırıq.
Üstünə kərə yağını əlavə edib qovururuq.
Kartofu əzib soğanla qarışdırırıq. Zövqə görə duz və istiotunu tökürük.
İçlik hazırdır.
Yuxaları islatmaq üçün südü duru yağı və yumurta ağını çalırıq.



Yuxaları 4 yerə bölürük.




Birini götürüb südlü qarışıqla isladırıq.



İçlikdən qoyuruq.



Şəkildəki kimi bükürük.





Hamsını bu şəkildə hazırlayıb soba qabına yığırıq.



Üstünə qalan süd qarışığını çəkib yumurta sərısını çəkirik.
Çörək otu və küncütü də səpib bişməyə qoyuruq.



210 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.





Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə qiyməli piroq
Ərzaqlar: 350 q çəkilmiş ət 2 baş soğan Duz İstiot 2 x.q əridilmiş kərə yağı 800 q yağlı xəmir (hazır napoleon üçün xəmir) Üzü üçün: 1 ə
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
.Yağlı xəmir ilə qiyməli gül
Ərzaqlar: 12 ədəd kvadrat yağlı xəmir 300 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (28 oktyabr 2016 08:51)
Təşəkkürlər..
gulnarim2013 (27 oktyabr 2016 14:31)
hemiseki kimi suuuper.pisirecem,mutleq

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.