Kartof ilə pendirli gül börəyi



Ərzaqlar:



4 ədəd yuxa
4 ədəd suda bişirilmiş kartof
3 ədəd balaca baş soğan
100 q pendir
1/2 st duru yağ
1 st süd
Duz
İstiot

Üstü üçün:
1 ədəd yumurta
Küncüt
Çörəkotu

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayıb üstünə az duz səpib duru yagdan töküb qızılı rəngdə olanadək qovururuq.



Kartofu əzirik.



Kartofun üstünə sürtgəcdən keçirilmiş pendiri , qovrulmuş soğanı, zövqə görə duz və istiotu töküb qarışdırırıq.





4 ədəd yuxanı hər birini 4 yerə bölürük.



Süd ilə yağı qarışdırıırıq.
Yuxalardan birini götürüb üstünə süddən yayıb içlik qoyub şəkildəki kimi bükürük.







Hamsını bu şəkildə düzəldib soba qabına kağız sərib yığırıq.



Qalan süd qarışığını üstünə çəkirik.



Üstünə yumurta çəkib çörəkotu və küncüt səpirik.



200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Kartof ilə pendirli siqara börəyi
Ərzaqlar: 1 paket siqara börəklik yuxa 4 ədəd suda bişirilmiş kartof 3 ədəd balaca baş soğan 100 q pendir Duz İstiot Qızartmaq üçün duru yağ
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
.Almalı köklü keks
Ərzaqlar: 1 ədəd alma 1ədəd kök 50 q qoz ləpəsi 3 ədəd yumurta 1st şəkər tozu 1/2 st duru yağ 2 st un 1 paket qabartma tozu 1 x.q darçın H
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.