Kakoslu paxlava



Ərzaqlar:



Xəmir üçün:

1/2 st süd

1/2 st qatıq

1/2 st duru yağ

1 ədəd yumurta

1 paket qabartma tozu

1/3 ç.q duz

4 st un (aparanadək)

İç üçün:

400-450 q kakos

Şərbət üçün:

4 st şəkər tozu

2 st su

1 dilim limon

Üstünə tökmək üçün:

250 q kərə yağı

Yuxaları yaymaq üçün:

Buğda nişastası


Hazırlanması:

Şərbəti hazırlamaq üçün şəkər tozunun üstünə suyu və bir dilim limonu əlavə edib qaynadırıq. Şərbət qatı olmamalıdır. Adi paxlavalara hazırlanan şərbət kimi hazırlayırıq. Hazır şərbəti bir kənara qoyuruq soyuyur.



Ümumiyyətlə şərbətli şirniyyatlarda şirniyyat özü isti olanda şərbəti soyuq. Soyuq olanda şərbəti isti götürmək lazımdır. Hər ikisi isti ya soyuq olsa şirniyyatınız yaxşı alınmayacaq. Soyuq olanda şirəni özünə çəkməyəcək. İsti olanda isə içi linc olacaq.

Dərin bir qab götürüb südü, qatığı, duru yağı, qabartma tozunu, duzu və yumurtanı tökürük. Qaşıqla yaxşı qarışdırırıq.




Sonra undan az-az əlavə edib qarışdırırıq. Əlimizlə yumşaq xəmir düzəldirik.



Xəmiri 12 bərabər yerə bölüb kündəliyirik.



Kündənin birini götürüb nişasta səpib nazik yuxa yayırıq.




Diametri 32-34 sm tava götürürük.Tavanı kərə yağı ilə yağlayıb yuxanı səririk.




Kakosdan səpirik. Sonra ikinci kündəni yayıb qoyub kakos səpirik. Bu qayda ilə bütün kündələri yayıb qat-qat kakos səpib yığırıq. Axırıncı yuxanı qoyub yanlarını bərkidib səliqəli düzəldirik.



Bıçaqla paxlava formasında kəsirik.




Kərə yağını əridib paxlavanın üstünə tökürük.



Sonra 170-180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk. Üzü qızaranda götürürük.



Götürən kimi şərbəti tökürük.



Bıçaqla kəsilən yerlərdən bir də gedin ki aralarına şərbət bərabər keçsin.



Yaxşı olar ki axşamdan hazırlayıb qoyasınız səhərə kimi şərbəti özünə çəksin. Çərbəti özünə çəkib soyuduqdan sonra çay süfrəsinə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
.Almalı köklü keks
Ərzaqlar: 1 ədəd alma 1ədəd kök 50 q qoz ləpəsi 3 ədəd yumurta 1st şəkər tozu 1/2 st duru yağ 2 st un 1 paket qabartma tozu 1 x.q darçın H
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (10 aprel 2017 10:34)
Nuş olsun
Zeyneb Xelilzade (09 aprel 2017 14:33)
Salam.mən bu reseptle defelerle bisirmisem.çox gözel alinib.tesekkürler
Reseptaz (27 fevral 2017 09:37)
Salam, çox sağ olun. Jalə xanım üstünə yumurtaya ehtiyac yoxdur.
Aysel xanım unla yapışqan olur, nişasta ilə gözəl alınır. xəmir acımağa qoyulmur.
Jale (26 fevral 2017 22:25)
Salam .ela gorunur ellerinize sagliq.bes ustune yumurta vurmusuz?
Aysel_2 (22 fevral 2017 20:27)
Salam, xemiri acimaga qoymuruq?birde nisastayla yox unla yaysaq alinmaz? Hazirlamag isteyirem xais edirem cavab yazasiniz.
fira (24 yanvar 2017 18:12)
salam tesekkur reseptler ucun cox yemeyi sirniyyati burdaki reseptlerle edirem super alinir/ bu resept haqda deye bilersiz nisastanin yerine unla acsam xemiri nece olar "? birdeki ustune yumurta vurulmur bu paxlavanin "?
sehman (24 dekabr 2016 11:40)
gozel
ayka (03 iyul 2016 15:15)
salam.Men sizin reseptlerinizi cox hazirliyiram.Indi de bu paxlavani hazirlamaq istiyirem.Xahis edirem sualimi tez cavablandirasiz.Kakosu pesoksuz tokende paxlavanin sirinliyi az olmur? Pesok toksem xirt-xirtli olar?
Rahilə (16 aprel 2016 09:15)
Salam,bəs üstünə yumurta vurmursuz,qızaracaq üzü belə?
Reseptaz (16 mart 2016 21:46)
Salam. Qarğıdalı ilə hazırlaya bilərsiniz. Nuş olsun.
Gulnar (16 mart 2016 14:01)
Salam xanım.Mən buqda nişastası tapa bilmirəm.Buqda nişastasını qarğıdalı və yaxud kartof nişastası ilə əvəz edə bilərəm?Təşəkkürlər.
Reseptaz (14 mart 2016 21:45)
Salam. Bu bayrama qismet olsa bişirsem qoyacam.teşekkurler.
Jale (02 fevral 2016 16:30)
Salam olar bu paxlavani nece kesmisizse onu hisse hisse gosterinde.ama xaiw edirem gosterin cunki sizden nece defe respetler istemiwdim ama qoymursuz.
Leyla Memmedova (13 iyun 2015 16:24)
Sizin sayitinizi cox beyenirem. Elinize emeyinize sagliq. Mende yararlaniram. Yeni reseptler gozleyirik sizden :) Cox sag olun
Bahar Əlizadə (07 may 2015 21:33)
Salam ne etmek lazimdir alti yapismasin xahis edirem cavab yazin twk
Reseptaz (05 may 2015 09:32)
təşəkkürlər
Bahar Əlizadə (04 may 2015 22:14)
Salam kakoslu paxlavadan dadmışam dadına söz ola bilməz. Sizinki də super görünür xüsusən də paxlavavanın üz görünüşü. Fəlakət demişkən: Əla! Əla! Əla! :) :D :) ;)
Reseptaz (23 aprel 2015 09:35)
salam, men ancaq ozum bisirdikden sonra paylasiram.
wahla rasulova (22 aprel 2015 23:59)
Burda yazilan reseptler doqrudurmu
Reseptaz (16 aprel 2015 20:06)
Təşəkkür edirik. Nuş olsun.
ilya (11 aprel 2015 14:38)
dadli gorunur cox sevirem bu sirniyati
Reseptaz (15 mart 2015 23:05)
Salam. Yəni stəkanın yarısı deməkdir. Nuş olsun.
seva (15 mart 2015 21:07)
1/2 ne qeder demekdi
Reseptaz (13 mart 2015 22:01)
Nuş olsun.
ayten (03 mart 2015 19:27)
salam bunu men paxlava seklinde kesmirem 4 b
ayten (03 mart 2015 19:27)
salam bunu men paxlava seklinde kesmirem 4 b
Reseptaz (29 dekabr 2014 23:07)
Təşəkkürlər.
Gulka (29 dekabr 2014 20:22)
maraqli resebler isteyirem.
Reseptaz (22 dekabr 2014 22:58)
salam. yaxşı olar ki qozla etsəniz elə paxlava resepti ilə hazırlayasınız. Leyla xanım yəni yarısı deməkdir.
leyla (20 dekabr 2014 19:40)
1/2 ne qeder demekdir?
Gulnare (19 dekabr 2014 14:17)
Salam.Cox saq olun reseptlere gore,etdim elada alindi.Bilmek isterdim bu xemire kokos evezi qoz-findiq etmek olarmi?Tesekkurler
Reseptaz (10 dekabr 2014 22:09)
Salam. Tələsməyin qoyun şərbəti tamam özünə çəksin. Sonra yaxşı olacaq. Nuş olsun.
ulviyye (10 dekabr 2014 12:51)
salam .men hazirladim .biraz kecdi 1 ni kesdim prob her seyi yaxsidi ama nedense mene ele gelir ki ici ciydi .uzden gorsenmir ancaq dadindan ele anlasilir...deye bilersiz niye ele olub .serbeti siz yazdiqviz kimi soyumus tokdum paxlavani duxovkadan cixaran kimi...belke biraz qaldiqda duzeler..???
Reseptaz (09 dekabr 2014 21:02)
Salam. İstəyirsiniz kartof nişastasını yarı yarıya unla qarışdırıb istifadə edin. Onda daha yaxşı olar. Buğda nişastası böyük marketlərdə olmalıdır. Nuş olsun.
ulviyye (09 dekabr 2014 17:14)
salam ,men bugda nisastasi tapaa bilmedim olar kartoska nisastasiyla hazirlamaq
Reseptaz (12 noyabr 2014 21:27)
Salam. Niyə buğda nişastası ilə etmirsiniz ki, reseptləri yazıldığı kimi etdikdə gözəl nəticə alacaqsınız.Təşəkkürlər.
kemale (07 noyabr 2014 21:41)
bugda niwastasi olmasa nece olar
Nübar (02 noyabr 2014 01:11)
Resept.az, cavablandırdığınız üçün təşəkkürlər. Çalışdığım qədər qalın edirəm üzlüyü. Bundan sonra daha da diqqət edəcəm bu nüansa.
Arzuq xanım, elə mən də nişasta ilə açıram. Onun fərqi yoxdur. Diqqətiniz üçün çox sağ olun.
arzuq (30 oktyabr 2014 22:25)
Nubar xanım siz deyirsiniz ki gileyim bişərkən xəmirin qabarmasır bəlkə ona görə qBarır ki xəmiri unla açırsız məmə elə gəlir ki siz xəmiri nişasta yəni kraxmalla çsaz bişən zaman xəmirin üzü qsbarmayacağ yəni bu mənim şəxsi fikrimdir
Reseptaz (24 oktyabr 2014 22:19)
Nubar xanim yeqin xemiri cox nazik edibsiniz, ancaq serbet tokende ozune gelir..

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.