Kakaolu qozlu keks


Ərzaqlar:

200 q kərə yağı
200 q xama
1,5 st şəkər tozu
4 ədəd yumurta
2 st un
3 x.q kakao
40-50 q qovrulmuş qoz ləpəsi
1 paket qabartma tozu
1 paket vanil

Hazırlanması:

Yumurta ilə şəkər tozunu və vanili mikserlə çalırıq.

Üzərinə yumşaq kərə yağını əlavə edib çalırıq. Sonra isə xamanı əlavə edib çalırıq.


Unu, kakaonu və qabartma tozunu bir qabda qarışdırırıq.

Un qarışığını əlavə edib tam qarışanadək aşağı sürətlə çalırıq.

Qoz ləpəsini xırda doğrayıb tökürük. Yenə qarışdırırıq.

Qabı yağlayırıq. Xəmiri tökürük.


180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk. Çöplə baxın ki, içi linç qalmasın.

Iliq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.


Nuş olsun!


OXŞAR YAZILAR
.Qatılaşdırılmış süd ilə qozlu rulet
Ərzaqlar: 5 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil 1 banka bişmiş qatılaşdırılmış süd 50 q qovrulmuş qoz ləpə
.Korjik
Ərzaqlar: 200 q kərə yağı 200 q xama 1,5 st şəkər tozu 3 ədəd yumurta 1 paket vanil 1 paket qabartma tozu Bir çimdik duz Un aparanadək (6 st)
.Kakaolu biskvit 2
Ərzaqlar: 5 ədəd yumurta 1 st başından 2 x.q az un 2 x.q kakao 1 st şəkər tozu 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması: Yumurtanın a
.Portağallı çızkek
Ərzaqlar: 150 q qurabiyə 100 q kərə yağı İçlik üçün: 400 q labinə pendir 3 ədəd yumurta 1 paket qaymaq ½ st şəkər tozu 1x.q un 1x.q nişasta
.Qozlu qurabiyə 2
Ərzaqlar: 200 q yumşaq kərə yağı 1 st qoz ləpəsi 2-3 ədəd yumurta 1 st pudra şəkər 1 paket qabartma tozu 1 paket vanil Un aparanadək Haz
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (02 avqust 2016 10:47)
Salam, yox xəmir qalmaz. Xama yerinə isə qatıq işlətməyin çalışın xama olsun.
nermin (01 avqust 2016 16:01)
Salam xama yerine qatiq toksek olar?
nazli (11 sentyabr 2015 13:45)
erzaqlar kek ucun cox deyil? ici xemir qalmaz ki?
Reseptaz (26 avqust 2015 12:52)
salam, beli olar
Şeyda (25 avqust 2015 20:01)
Bu keksi kakaosuz etmək olar?
Zəhmət olmasa cavab yazın, indidən təşəkkürlər...
Reseptaz (20 iyun 2015 14:55)
Çox sağ llun sizinlə bahəm. Təşıkkür edirik.
sumqayit (19 iyun 2015 18:38)
SALAM RAMAZAN BAYRAMİMİZ MUBAREK RESEPTLERİNİZ ELA GORSENİR
Reseptaz (16 iyun 2015 09:32)
tesekkurler
Fidan (14 iyun 2015 20:54)
Super)
Nemiw (29 may 2015 11:57)
Yenede tewekkur edirem vaxd ayirib cavablandirdiginiz ucun:)
Reseptaz (29 may 2015 09:48)
salam, saytimizda qeydiyat sistemi yoxdur, butun serhler aciqdir ve ancaq oz serhlerinizi secib gormek funksiyasi yoxdur.
Nemiw (28 may 2015 11:14)
bu saytda bizim oz yazdigim werhleri oxumaq ucun xususi bolme varmi? xaiw edirem deyindeeee
Reseptaz (25 may 2015 09:54)
nush olsun
seyyare (24 may 2015 14:27)
cox cox qesengdi bisirdim
Aydan (09 may 2015 20:37)
Super görünür=) Bişirəcəm=)
Reseptaz (05 may 2015 22:15)
Təşəkkür edirik.
WEFIQE (01 may 2015 20:32)
ela

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.